Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-29/2026 23.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1 nümayəndəsi Nümayəndə, Borclu Maraqlı şəxs iştirakı ilə, X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-2778/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2778/2024 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş övladının saxlanılması üçün təyin olunmuş 235 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi və xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində sabit pul məbləğində alimentin hər ay borclu Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni onunla əsaslandırdı ki, Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(079)-30/2023 saylı qətnaməsi ilə X2 ilə borclu Maraqlı şəxs arasında olan nikah pozulmuş və müvafiq şəhadətnamə almışdır. Tərəflərin birgə nikahdan doğulmuş övladları X5 ərizəçinin himayəsində saxlanılmışdır. Ondan əvvəl isə Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-354/2022 saylı qətnaməsi ilə Hüseyn Süleymanzadənin saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin borclu Maraqlı şəxs tutulub ərizəçiyə ödənilməsi qət olunmuşdur. Təyin olunmuş alimentin məbləği axırıncı dəfə 2024-cü ildə artırılaraq 235 manat müəyyən edilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2778/2024 saylı qətnaməsi ilə borclu Maraqlı şəxs qarşı “alimentin məbləğinin artırılmasına dair” iddia tələbi təmin olunmuş və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ödədiyi alimentin miqdarı artırılaraq 235 manat sabit pul məbləğində müəyyən olunmuş alimentin borclu Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməsi qət olunmuşdur. Lakin hazırda həmin məbləğ respublikada mövcud olan bazar qiymətləri ilə müqayisədə həddindən artıq azdır. Uşaq böyüdükcə onun saxlanılması xərcləri də ilbəil artır. Ona görə də tutulan aliment uşağın saxlanılmasına kifayət etmir. Göstərilənlərə əsasən hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2778/2024 saylı qətnaməsi ilə artırılmış və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Maraqlı şəxs tutulan 235 manat sabit pul məbləğində alimentin sonrakı artımlar da nəzərə alınmaqla minimum əmək haqqı məbləğinin müəyyən mislinə indeksasiya olunmasına zərurət yaranmışdır. Qeyd edir ki, borclu Maraqlı şəxs tərəfindən daimi olaraq 235 manat məbləğində aliment ödənilir. Uşaqda əqli gerilik vardır və ona müalicə lazımdır. Belə ki, uşağa evdə təhsil alması barədə sənəd də verilmişdir. Qeyd edilənlərə əsasən o, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu Maraqlı şəxs izahat verərək, rəsmi iş yeri və gəlirinin olmadığını, həmçinin yenidən ailə həyatı qurduğunu və artırılacaq aliment məbləğini ödəməyə imkanı olmadığını bildirdi və göstərilənlər əsasında ərizənin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2778/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Babək Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(079)-354/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, 28 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq X7 ödənilməsi, Maraqlı şəxs tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun Maraqlı şəxs tutulub X8 ödənilməsi qət edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və borclunun izahatını dinləyib iş materiallarını və işin faktiki hallarını tədqiq edərək hesab edir ki, X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-2778/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsindən və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından çıxış edərək və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğini nəzərə alaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2778/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 28 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Maraqlı şəxs X1 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Ərizə təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2778/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 28 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Maraqlı şəxs X1 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunsun. Qərardad qanuni qüvvəsini aldığı gündən indeksasiya olunmuş alimentin tutulması hesablansın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(5-105)-29/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-29/2026
23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver