Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-50/2026 13.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ borclu X3 Abşeron Rayoni üzrə İcra idarəsinin icra məmurunun hərəkətlərindən şikayətinə dair iş üzrə (açar sözlər: icra məmurunun hərəkətlərindən şikayət) X6 Muxtar oğlunun sədrliyi, Hacılı Jalə Nüsrət qızının katibliyi ilə, borclu X5 Maraqlı şəxs icra məmurunun hərəkətlərindən şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2366/2025-008 nömrəli qətnaməsinə əsasən cavabdeh X2 04 may 2023-cü il tarixli, 204nkİNSH/23 saylı kredit müqaviləsi üzrə 1.902,20 (min doqquz yüz iki manat, iyirmi qəpik) manat əsas kredit borcu, 193,48 (yüz doxsan üç manat, qırx səkkiz qəpik) manat faiz borcu və 13,59 (on üç manat, əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2.109,27 (iki min yüz doqquz manat, iyirmi yeddi qəpik) manat borc və dövlət rüsumu üçün ödənilmiş 41,50 (qırx bir manat, əlli qəpik) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2366/2025-008 nömrəli icra sənədinə əsasən borclu X2 ümumlikdə 2.109,27 manat borc və dövlət rüsumu üçün ödənilmiş 41,50 manat məbləğində pul vəsaiti tutulub tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir.
3. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli “Təmizkom “ MMC-yə və “X7” ASC-yə müraciətində xx.xx.2025-ci il tarixli, e-2(012)-2366/2025-008 nömrəli icra sənədinə əsasən borclu X2 ümumlikdə 2.109,27 manat borc və dövlət rüsumu üçün ödənilmiş 41,50 manat məbləğində pul vəsaiti tutulub tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi məqsədilə borclunun gəlirinin 50%-nin tutulması göstərilmişdir.
Şikayət tələbi, proses iştirakçılarının izahatları
6. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra şöbəsinin icra məmuru tərəfindən əmək haqqından 50% tutulması barədə qərar ləğv edilsin, əmək haqqı qanunvericiliyə uyğun olaraq tutulma 20% endirilsin.
7. Şikayətin əsaslarına görə, Abşeron Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən barəsində icraatda olan bank kredit borcu üzrə əmək haqqından 50% tutulması barədə qərar qəbul edilmişdir. Bildirir ki, icraatada olan borc, aliment, sağlamlığa vurulmuş zərər və ya cinayət nəticəsində dərmiş ziyanla əlaqəli deyil adi bank borcudur. Əmək haqqı 380 manat təşkil edir. 50% tutulduqda ona cəmi 190 manat qalır ki, bu da minimum yaşayış səviyyəsindən aşağıdır və ailənin normal dolanışığını mümkünsüz edir.
8. xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında iştirak etmiş iddiaçı X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 380 manat maaş alır, "xxxx" ASC-yə 2150 manat məbləğində borcu var. Ödənişi bəzən gecikdirsə də sonradan hissə-hissə hər dəfə yüz manat olmaqla borcunu ödəyir. İcra məmurunun qərarı əsasında əmək haqqından 50% miqdarında pul tutulur və bu ona maddi olaraq çətinlik yaradır. Məbləğin aşağı salınmasını məhkəmədən xahiş edir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar olunmasına baxmayaraq tələbkar borclu və icra məmuru məhkəməyə gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
11. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
12. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; Maddə 63.1. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Maddə 65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Maddə 65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası
1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutulur. Maddə 176. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması
1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
2. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
14. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 4 iyul və arcİ̇İ“ haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarları: Ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.
15. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 iyul 2023-cü il tarixli Qərarı: İşəgötürənin sərəncamı ilə tutmanın həddi iyirmi faiz, məhkəmə qərarı üzrə isə əlli faiz həcmində təsbit edilmişdir. Odur ki, məhkəmə qərarı ilə hər hansı mülki müqavilə, eləcə də kredit müqaviləsi üzrə kreditorun tutmanın borclunun əmək haqqına yönəldilməsi barədə tələbi əlli faizədək həcmdə təmin edilə biləcəyi halda, müvafiq münasibətlər üzrə işçinin könüllü iradə ifadəsi əsasında belə tutmanın daha az həddə məhdudlaşdırılması Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi təyinatı və yerinə yetirdiyi funksiya ilə uzlaşmır. Bu həddin müəyyən edilməsi digər şəxslərin, o cümlədən mülki müqavilələr üzrə kreditorların mənafeyinə və qanuni maraqlarına xələl yetirmədən işçiyə yaşayış üçün minimum təminat imkanı vermək və bununla da əmək haqqının sosial-iqtisadi funksiyasının həyata keçirilməsinin təmin edilməsi məqsədini daşıyır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40).
Məhkəmənin mövqeyi
16. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsassızdır.
17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2366/2025-008 nömrəli qətnaməsinə əsasən cavabdeh X2 04 may 2023-cü il tarixli, 204nkİNSH/23 saylı kredit müqaviləsi üzrə 1.902,20 manat əsas kredit borcu, 193,48 manat faiz borcu və 13,59 manat cərimə borcu olmaqla, ümumilikdə 2.109,27 manat borc və dövlət rüsumu üçün ödənilmiş 41,50 manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən borclu X3 gəlirlərlərindən 50% miqdarında tutulmalar aparılması üçün işlədiyi "xxxx" MMC-yə müraciət ünvanlanmışdır.
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclu X5 şikayət ərizəsində əmək haqqından tutulmaları 50%-dən 20%-yə endirilməsini xahiş etsə də, bunun üçün tutarlı dəlillər gətirməmişdir. Belə ki, sadəcə “50% tutulmanın onun normal dolanışığını mümkünsüz edir” cümləsi ilə kifayətlənmişdir.
19. Məhkəmə hesab edir ki, borclu X5 şikayət ərizəsini əsaslandırmamış, əmək haqqından aparılan tutulmanın azaldılmaması onun üçün hansı nəticələrə səbəb olacağını dəqqiqləşdirilməmişdir.
20. Həmçinin nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür. Belə olan halda icra hərəkətlərinin bu və ya digər səbəbdən uzun müddət başlanmaması, uzadılması məhkəmə müdafiəsinin ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqların bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər.
21. Göründüyü kimi borclunun əmək haqqından 50% miqdarında tutulmalar aparılması barədə icra məmurunun hərəkətləri qanuni əsaslara söykənmişdir.
22. Bu səbəbdən icra məmurunun borclu barəsində həyata keçirdiyi icra tədbirləri qanuni və əsaslıdır.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu X5 tərəfindən əmək haqqından tutulmanın aparılması haqqında icra məmurunun qərarının ləğv edilməsi və tutulmanın 50%-dən 20%-yə endirilməsi barədə verilmiş şikayət təmin edilməməlidir.
24. Göstərilənləri və MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: X5 tərəfindən “əmək haqqından tutulmanın aparılması haqqında icra məmurunun qərarının ləğv edilməsi və tutulmanın 50%-dən 20%-yə endirilməsi barədə” verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Məhəmməd Eminbəyli