Məhkəmə qərarları › İş №8(5-105)-60/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-60/2026

06.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-60/2026 06.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-454/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçı X2 xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X1 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023сü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan müddətə hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat, xx.xx.2024-cü il tarixdən başlayaraq isə hər ay hər bir uşaq üçün 223 manat olmaqla, cəmi 446 manat sabit pul məbləğində alimentin tutulması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-454/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı X2 xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X1 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan müddətə hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat, xx.xx.2024-cü il tarixdən başlayaraq isə hər ay hər bir uşaq üçün 223 manat olmaqla, cəmi 446 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Abşeron rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında sözügedən icra sənədinin 2024-cü ilin iyun ayından icraya göndərilməsinə baxmayaraq Borclu aliment ödəmədiyini, hətta 4638 manat aliment borcu olduğunu bildirdi və bu səbəbdən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-454/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1990-cı il təvəllüdlü, Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-454/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1990-cı il təvəllüdlü, Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar