Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-63/2026 09.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi (borclu) X4 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi (borclu) X4 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru X2 borclu X8 barəsində icra işinin aidiyyatı üzrə icra sənədi vermiş məhkəməyə geri göndərilməməsi barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra işinin aidiyyatı üzrə icra sənədi vermiş məhkəməyə geri göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 153/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında Maraqlı şəxs icra məmuru X5 tərəfindən “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilərək X8 barəsində icra işi başlamışdır. Lakin Tələbkar ASC xx.xx.2026-cı il tarixdə Maraqlı şəxsnə ərizə ilə müraciət edərək icra sənədinin həmin sənədi vermiş məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bu barədə Tələbkar ASC xx.xx.2026-cı il tarixli məktubu da əlavə olunmaqla tərəflərindən rəsmi qaydada Maraqlı şəxsnə məktub ünvanlanaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Odur ki, şikayətin təmin olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi (borclu) X4 vəkili-nümayəndəsi Vəkil şikayət ərizəsini müdafiə edərək təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, qətnamə icraya yönəlmiş, icra prosesində tərəflər razılığa gələrək mübahisəni aralarında həll etmişlər. Tələbkar tərəfindən icra vərəqəsinin məhkəməyə qaytarılması barədə ərizə daxil olmuş, lakin göndərilməmişdir. İcra xərcini tələb edirlər, icra hərəkətləri olduğu halda icra xərci tələb edilə bilər. Borcludan pul icra vasitəsilə əldə edilməmişdir. Aralarında razılaşma olmuş, pul ödənilmişdir. Odur ki, icra xərci tələb edilə bilməz. Heç bir hərəkət həyata keçirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, icra sənədi üzrə Tələbkar ASC və Maraqlı şəxs məhkəmə iclasında öz nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdirlər. Belə olan halda məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi (barəsində şikayət verilən icra məmuru) X5 şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, qarşı tərəf bildirir ki, tələbkarın ərizəsi ilə geri qaytarılmali idi, lakin tələbkar borcluya icradan yayınması üçün kömək məqsədilə ərizə ünvanlamışdır. İcra sənədinə xitam verilməsi üçün borcluya axtarış verilmişdir. İcra məmurunun hərəkətsizliyindən söhbət gedə bilməz. İcra ödənişi olduqdan sonra xitam edilə bilər. Borclunun hazırda 14140 manat borcu var. İş 2023-cü ilin aprel ayından icraatdadır, 2025-ci ilin mart ayında xitamla bağlı müraciət edilmişdir. Tələb tam icra edilmədiyindən icraata xitam verilməmişdir. Borcluya verilmiş 10 günlük könüllü müddətdən sonra icra hərəkətləri başlanılır. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-49/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən - cavabdeh X3 89838.93 manat əldən çıxmış faydanın iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, cavabdeh X3 71187.08 manat əldən çıxmış fayda borcunun iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması, qətnamənin cavabdeh X3 202000 manat əsas borc, 55348.15 manat faiz borcu və 18 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 31 mart 2022-ci il tarixli, 9/8685 saylı mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 119 manatın cavabdeh X3, 81 manat isə iddiaçı Tələbkar ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabıX7, kod - 210005; VÖEN - **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab - AZ34CTRE******************** hesabına köçürülməsi hissəslərində dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 80 manatının iddiaçı Tələbkar ASC-dən, 120 manatının isə cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı - X7, kod - 210005; VÖEN - **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab - AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanması, borclu X6 10 gün müddətində icranın könüllü olaraq təmin edilməsinin təklif olunması, edilmədikdə isə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. -Tələbkar ASC tərəfindən Abşeron rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, borclu X8 tərəfindən Tələbkar ASC-yə məhkəmə qətnaməsi üzrə olan borc öhdəliyinin tam yerinə yetirildiyi bildirilmiş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq, icraata xitam verilməsi xahiş edilmişdir. -xx.xx.2025-ci il tarixli məcburi icra ödənişi haqqında qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin könüllü icrası üçün borcluya verilmiş 10 gün müddətində icra təmin olunmadığı təqdirdə, X8 tərəfindən ödənilməli olan cəmi 14140 manat məbləğində borcunun 7 % məbləğində icra ödənişi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs (kodu 210005, VÖEN; **********, M/h; AZ41NABZ**********0000 003944; S.W.İ.F.T BİK CTREAZ22; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs kitabı 2086871; VÖEN; **********, Səviyyə kodu 7, Hesab nömrəsi; AZ06CTRE********************) hesabına tutulması qərara alınmışdır. -Maraqlı şəxs tərəfindən X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, sonuncuya Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra ödənişinin tutulmasına dair Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.3cü maddəsinə əsasən icra olunması üçün göndərilmiş, icra sənədi üzrə cəmi 14140 manat 7% həcmində icra ödənişinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs hesabına tutulması, icra sənədinin icrasının təmin edilərək nəticəsi barədə məlumatın və ödəniş tapşırığının Maraqlı şəxsnə göndərilməsi xahiş edilmişdir. -Maraqlı şəxs tərəfindən X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, sonuncunun borclu tərəf olduğu Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 153/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi şöbənin icraatına daxil olmuş, icra sənədi üzrə Tələbkar ASC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən qeyd olunan icra sənədi üzrə tələbi təmin edildiyi bildirilsə də, icra sənədi üzrə ödənilməli olan məbləğin 7 % həcmində icra ödənişinin ödənilməməsi səbəbindən icra sənədi üzrə icraata xitam verilməmişdir. Qeyd olunanlara əsasən sözügedən icra sənədinin Yasamal rayon İcra şöbəsinə göndərilməsinə zərurət qalmamışdır. Sonuncuya tərəfindən icra sənədi üzrə ödənilməli olan məbləğin 7 % həcmində icra ödənişi ödənildikdən sonra icra sənədi üzrə icraata xitam verilməklə görülmüş icra tədbirlərinin ləğv ediləcəyi bildirilmişdir. -Tələbkar ASC tərəfindən Abşeron rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, sonuncuya borclu X8 ilə qarşılıqlı anlaşma əldə olunduğu, bank qarşısında olan borc öhdəliyini hissə-hissə icra edəcəyinə söz verdiyi bildirilmiş, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən qeyd olunan icra sənədinin həmin sənədi vermiş məhkəməyə qaytarılması xahiş edilmişdir. -Maraqlı şəxs tərəfindən X6 ünvanlanmış xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, icra sənədi üzrə Tələbkar ASC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən icra sənədi üzrə tələbin tam təmin edildiyi bildirilmişdir. Bundan sonra icra sənədi üzrə ödənilməli olan məbləğin 7% həcmində icra ödənişinin alınması barədə xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmişdir. Göründüyü kimi icra sənədində göstərilən tələb tam təmin edildiyi üçün icra sənədinin “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədini vermiş məhkəməyə geri qaytarılması zərurəti aradan qalxmışdır. Tərəfindən icra sənədi üzrə ödənilməli olan məbləğin 7% həcmində icra ödənişi ödənildikdən sonra icra sənədi üzrə icraata xitam verilməklə görülmüş icra tədbirlərinin ləğv ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, icra işi materialları, həmçinin tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə cavabdeh X3 71187.08 manat əldən çıxmış fayda borcu iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmalı, cavabdeh X3 202000 manat əsas borc, 55348.15 manat faiz borcu və 18 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 31 mart 2022-ci il tarixli, 9/8685 saylı mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin 119 manatı cavabdeh X3, 81 manatı isə iddiaçı Tələbkar ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X7, kod210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab - AZ34CTRE******************** hesabına köçürülməli, ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 80 manatı iddiaçı Tələbkar ASC-dən, 120 manatı isə cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı - X7, kod - 210005; VÖEN - **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab - AZ34CTRE******************** hesabına köçürülməlidir. İcra sənədi üzrə Tələbkar ASC xx.xx.2025-ci il tarixdə borc öhdəliyinin tam yerinə yetirildiyini bildirmiş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq, icraata xitam verilməsini xahiş etmişdir. Daha sonra Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixli məcburi icra ödənişi haqqında qərarı qəbul edilmişdir. xx.xx.2026-cı il tarixdə Tələbkar ASC yenidən Abşeron rayon İcra şöbəsinə məktub ünvanlayaraq borclu ilə qarşılıqlı anlaşma əldə olunduğunu bildirmiş, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən qeyd olunan icra sənədinin həmin sənədi vermiş məhkəməyə qaytarılmasıı xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2026-cı il tarixli cavab məktubu ilə icra sənədində göstərilən tələb tam təmin edildiyi üçün icra sənədinin “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədini vermiş məhkəməyə geri qaytarılması zərurəti aradan qalxdığı bildirilmişdir. Ərizəçi hazırda şikayət ərizəsi ilə müraciət edərək, Maraqlı şəxs icra məmuru X2 borclu X8 barəsində icra işinin aidiyyatı üzrə icra sənədi vermiş məhkəməyə geri göndərilməməsi barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra işinin aidiyyatı üzrə icra sənədi vermiş məhkəməyə geri göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Məcburi icra orqanları. 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3. İcra məmurunun tələblərinin məcburiliyi. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən - Azərbaycan Respublikası məhkəmələrinin qərarları; Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi. Maddə 23. İcra sənədinin qaytarılması 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. İcra məmurlarının vəzifələri. İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə X10 Sistemində müvafiq qeydlər aparır; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir; icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir; icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirir. İcra xidmətinin icra məmuru məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: məhkəmədə hakimlərin, andlı iclasçıların, məhkəmə prosesinin digər iştirakçılarının və şahidlərin təhlükəsizliyini təmin edir; məhkəmənin fəaliyyəti ilə əlaqədar hakimlərin sərəncamlarını icra edir; məhkəmə və hakimin qərarı ilə təqsirləndirilən şəxs və digər şəxslər barəsində qanunda nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərini tətbiq edir; iş vaxtı məhkəmə binalarının, müşavirə otaqlarının və məhkəmə iclas zalının mühafizəsini təmin edir; məhkəmə iclas zalının iclasa hazırlığını yoxlayır, hakimin tapşırığı ilə cinayət işinin və maddi sübutların məhkəmə iclas zalına gətirilməsini və mühafizəsini təmin edir; həbsdə saxlanılan məhkumların müşayiət edilməsində, onların mühafizəsi və təhlükəsizliyi məsələlərində hərbiləşdirilmiş qurumlarla qarşılıqlı fəaliyyət göstərir; məhkəmənin ərazisində ictimai qaydaları təmin edir, qanun pozuntularının qarşısını alır, onları aradan qaldırır, nizam-intizamı pozanları aşkar edərək qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görür; məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir. Probasiya xidmətinin icra məmuru Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən vəzifələrlə yanaşı aşağıdakı vəzifələri də yerinə yetirir: icraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə və onların nümayəndələrinə iş materialları ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin müraciətlərinə baxır və müvafiq tədbirlər görür; probasiya xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir. Maddə 8. İcra məmurlarının hüquqları. İcra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq; borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa); tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək; tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək; tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək; icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək; icra üçün daxil olmuş sənəddə aydın olmayan məsələlər haqqında məhkəməyə, yaxud icra sənədini verən orqanlara müraciət etmək; borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək; icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq; icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək; müvafiq icra hakimiyyəti orqanı və digər dövlət orqanlarından (qurumlarından) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı onların səlahiyyətlərinə uyğun olaraq yardım almaq; icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanının “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək; qanunda nəzərdə tutulmuş qaydada eyni vaxtda birdən çox məcburi icra tədbiri görmək. İcra xidməti icra məmurunun məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı hüquqları vardır: kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün icra qurumunun rəhbərinə müraciət etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək. Probasiya xidməti icra məmurunun Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən hüquqları ilə yanaşı aşağıdakı hüquqları da vardır: fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, sorğular vermək, məlumat, arayış və izahatlar almaq; üzərində probasiya nəzarəti həyata keçirilən, lakin olduğu yer müəyyən edilməyən şəxslərin axtarılması ilə əlaqədar onların yaşayış yerlərinə daxil olmaq, orada baxış keçirmək və gizlənə biləcəyi ehtimal olunan bütün saxlama yerlərini açmaq və baxmaq; polis və təhlükəsizlik orqanlarının köməyindən istifadə etmək; qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15. Məhkəmə aktlarının məcburiliyi 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Göründüyü kimi qanunvericiliyə əsasən müəyyən olunduğu kimi, icra sənədinin məhkəməyə qaytarılması icra məmurunun qanunda nəzərdə tutulmuş vəzifələrinin dairəsinə daxildir. İcra sənədi üzrə tələbkarın icra sənədinin həmin sənədi vermiş məhkəməyə qaytarılması barədə ərizəsi olduğu təqdirdə həmin məsələyə dair icra məmurunun bu barədə hərəkətsizliyi qeyri-qanunidir. Belə ki, icra sənədi üzrə tələb tam və ya qismən icra olunubsa və bu barədə tələbkarın ərizəsi mövcuddursa, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinin tətbiq edilməsini istisna edən norma mövcud deyildir. Odur ki, icra məmuru tərəfindən bu cür hərəkətsizlik icra haqqında qanunun mahiyyətinə zidd olmaqla qanunsuz hesab olunmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizəçinin (borclunun) şikayəti “icra işinin aidiyyatı üzrə icra sənədi vermiş məhkəməyə geri göndərilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, icra işinin məhkəməyə qaytarılması qanunla icra məmurunun vəzifəsidir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, ərizəçi (borclu) X4 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayəti qismən təmin edilməli, Maraqlı şəxs icra məmuru X2 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra işinin aidiyyatı üzrə icra sənədi vermiş məhkəməyə geri göndərilməməsi barədə hərəkətsizliyi qanunsuz hesab edilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (borclu) X4 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayəti qismən təmin edilsin. Maraqlı şəxs icra məmuru X2 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra işinin aidiyyatı üzrə icra sənədi vermiş məhkəməyə geri göndərilməməsi barədə hərəkətsizliyi qanunsuz hesab edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №8(5-105)-63/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-63/2026
09.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver