Məhkəmə qərarları › İş №8(5-105)-89/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-89/2026

19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-89/2026 19.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, X1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1820/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin 2 ay ərzində icra edilməsi (möhlət verilməsi) barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs3 Maraqlı şəxs2 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan torpaq sahəsindən cavabdeh Maraqlı şəxs2 çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 1260/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, Maraqlı şəxs3 ilə Maraqlı şəxs2 arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış 8 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi qət olunmuşdur. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1820/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m. olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan torpaq sahəsindən cavabdeh Maraqlı şəxs2 çıxarılması, fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılaraq Dilarə Mahmudavaya təhvil verilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət olunmuşdur. Daha sonra Ali Məhkəmənin 2(102)- 6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1820/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməmiş saxlanılması qərara alınmışdır. Qeyd edir ki, tələbkar və borclu şəxslər ayrı-ayrı şəxslər olsa da, eləcə də əmlak ona məxsus olmasa da içindəki əşyalar ona məxsusdur. Onun həmin əşyaları ordan çıxarması üçün zamana ehtiyacı vardır. Çünki o, hal-hazırda həmin ünvanda yaşayır və yaşamağa başqa yeri yoxdur. Bu səbəbdən hesab edir ki, ona həmin evdə 2 ay yaşamaqla həmin əşyaların ordan çıxarılmasına möhlət verilməlidir. Qeyd olunan tarixdən etibarən əşyalarını həmin evdən götürməklə evdən çıxacaqdır. Göstərilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. X2, tələbkar Maraqlı şəxs3 və Maraqlı şəxs1 icra məmuru məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1260/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan 0,06 ha torpaq torpaq sahəsindən ilkin iddia üzrə cavabdeh X3 çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq ilkin iddia üzrə iddiaçı Maraqlı şəxs3 təhvil verilməsi barədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Maraqlı şəxs3 ilə X5 arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış 8 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1260/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Maraqlı şəxs3 X4 qarşı fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilk iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan torpaq sahəsindən cavabdeh X3 çıxarılması, fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılaraq X6 təhvil verilməsi, iddiaçı X3 Maraqlı şəxs3 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1820/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. İşin mübahisə edilməyən hallarından göründüyü kimi Maraqlı şəxs2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan torpaq sahəsindən çıxarılması, həmçinin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılaraq tələbkar X6 təhvil verilməsi qət edilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanuni qüvvəsini almasından uzun bir müddət keçməsi və X1 qətnamə üzrə prosessual şəxs olmaması nəzərə alınsa, hazırkı vəziyyətdə qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətinin pozulması ilə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 231.1ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə ərizəçinin irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qeyd olunan xüsusatlar məhkəməyə ərizənin rədd edilməsinə əsas verdiyindən, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin pozulması ilə, həmçinin tələbkarın pozulmuş hüquqlarının müdafiəsinin qeyri-müəyyən müddətə uzadılması ilə nəticələndiyindən məhkəmə ərizənin təmin olunmasını mümkün hesab etmir. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına 2 ay möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar