Məhkəmə qərarları › İş №8(5-106)-11/2026

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(5-106)-11/2026

09.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(5-106)-11/2026 09.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşayev Babək Zahid oğlunun katibliyi ilə, Ağcabədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 23 yanvar 2026-cı il tarixli təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1266/2024-005 saylı, 17 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 9688 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyirinə ödənilməlidir. Ağcabədi rayon Məhkəməsinin 8(017)-6/2025 saylı 21 yanvar 2025-ci il tarixli qərardadına əsasən Borclu məxsus «VAZ-21150» minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirməsinə qadağa qoyulmuşdur. Ağcabədi rayon İcra Probasiya Şöbəsinin İcra məmuru Nurəddin Hacıyev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, 23 yanvar 2026-cı il tarixində icra sənədi üzrə tələb yerinə yetirildiyi üçün icra sənədinə xitam verilmişdir. Bununla da icra sədi üzrə tələb tam təmin olunmuşdur. Belə ki, Ağcabədi rayon İcra Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Ağcabədi rayon Məhkəməsinin 8(017)-6/2025 saylı qərardadı ilə Borclu adına olan Borclu məxsus «VAZ-21150» minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və digər sənədləri nəzərdən keçirib, bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, 23 yanvar 2026-cı il tarixində icra sənədi üzrə tələb yerinə yetirildiyi üçün icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 8(017)-6/2025 saylı, 21 yanvar 2025-ci il tarixli qərardadı ilə Borclu adına olan «VAZ-21150» minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sulduz Ləzimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar