Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(5-106)-17/2026 17.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsi barədə Ağcabədi rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nurəddin Hacıyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağcabədi rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nurəddin Hacıyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “VAZ 21074” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-1666/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X3 və X1 müştərək qaydada 9644 manat alınaraq Tələbkar ASC-nin xeyrinə verilməlidir. Borclunun əmlakının axtarışı zamanı Borclu mülkiyyətində “VAZ 21074” minik markalı, ** BX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu aşkar olunmuş və icra sənədinin icrasının təmin etmək məqsədi ilə Ağcabədi rayon Məhkəməsinin 8(017)- 86/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2026-cı il tarixdə qeyd olunan icra sənədi üzrə tələb tam şəkildə yerinə yetirildiyi üçün Ağcabədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-1666/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə xitam verilmişdir. Qeyd olunanlara əsasən Ağcabədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-1666/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, ** BX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki; Ağcabədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-1666/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu, X3 və X1 müştərək qaydada 9644 manat alınaraq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Ağcabədi rayon Məhkəməsinin 8(017)-86/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “VAZ 21074” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar ASC tərəfindən Ağcabədi rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5789 nömrəli məktubundan görünür ki, Ağcabədi rayon Məhkəməsinin 2(017)-1666/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu Tələbkar ASC qarşısında heç bir öhtəliyi qalmamışdır. “İcra Haqqında Qanunun” 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Odur ki, qeyd edilən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Ağcabədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Ağcabədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-1666/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Ağcabədi rayon Məhkəməsinin 8(017)-86/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21074” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Ağcabədi rayon Məhkəməsinin 8(017)-86/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu “VAZ 21074” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №8(5-106)-17/2026
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(5-106)-17/2026
17.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver