Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(5-106)-21/2026 17.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İcra sənədi üzrə Tələbkar ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 26 avqust 2014-cü il tarixli, 2(017)-1230/2014 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən 138 manat pul məbləğinin indeksləşdirilərək 2014-cü il tarixdən – 2025-ci ilin aprel ayınadək 205,9 manat faiz artımı (138 manat x 205,9% = 284,14 manat) nəzərə alınaraq cəmi 422,14 manat məbləğində indeksləşdirilməsinin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 26 avqust 2014-cü il tarixli, 2(017)-1230/2014 nömrəli məhkəmə əmrinə əsasən, Borclu cəmi 422,14 manat məbləğində pul müştərək qaydada tutularaq onun xeyrinə ödənilməlidir. Hazırda qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almasına və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydi, tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan 422,14 manat pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldildiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən də, indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla, məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablamasından görünür ki, 2025-ci ilin aprel ayında 2014-cü ilin avqust ayına nisbətən istehlak qiymətləri indeksi 205,9 faiz təşkil etmiş, yəni 2,1 dəfə artmışdır. Ona görə də, Ağcabədi Rayon Məhkəməsinin 26 avqust 2014-cü il tarixli, 2(017)-1230/2014 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclu tərəfindən tələbkara ödənilməyən 422,14 manat pul məbləğinin indeksləşdirilərək 138 manat pul məbləğinin indeksləşdirilərək 2014-cü il tarixdən – 2025-ci ilin aprel ayınadək 205,9 manat faiz artımı (138 manat x 205,9% = 284,14 manat) nəzərə alınaraq cəmi 422,14 manat məbləğində indeksləşdirilməsinin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra sənədi üzrə tələbkar, borclu və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 26 avqust 2014-cü il tarixli, 2(017)- 1230/2014 nömrəli məhkəmə əmrindən görünür ki, Ağcabədi rayonu, Hindarx kəndində yaşayan Borclu kreditor Tələbkar xeyrinə 138 manat əsas borc, 205,9 manat faiz artımı (138 manat x 205,9% = 284,14 manat) nəzərə alınaraq cəmi 422,14 manat məbləğində pul tutulmalıdır. İşdə olan “İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”dan çıxarışdan görünür ki, 2025-ci ilin aprel ayında 2014-cü ilin avqust ayına nisbətən istehlak qiymətləri indeksi 205,9 faiz təşkil etmiş, yəni 2,1 dəfə artmışdır. Məhkəmə ödənilməli pul məbləğinin indeksasiya edilməsi barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qovulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında” Qanunun 26- cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir". “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə daif’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında qeyd edilir ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülkihüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində indeksləşdirmənin obyektləri dəqiq göstərilmiş, yəni hansı növ gəlirlərin və əmanətlərin indeksləşdirməyə məruz qaldığı konkret şəkildə öz əksini tapmışdır. Həmin normanın dispozisiya şərtlərindən görünür ki, 1) müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; 2) birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); 3) vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; 4) Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; 5) Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; 6) aliment indeksləşdirmə obyektləri qismində nəzərdə tutulmuşdur. Bundan əlavə, həmin qanunun 3-cü maddəsində xüsusi olaraq vurğulanır ki, indeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir. Bu müddəa hüquqi baxımdan o deməkdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, mülki-hüquqi münasibətlərdən irəli gələn pul tələbləri - o cümlədən alğı-satqı müqaviləsinə, kredit müqaviləsinə və ya zaminlik öhdəliklərinə əsaslanan borclar - həmin Qanunun 3-cü maddəsinin tənzimləmə dairəsinə daxil deyildir. Yəni, qanunverici vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərin indeksləşdirilməsini birmənalı və qəti şəkildə qadağan edir. Analoji mövqeni "Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli qərarı da təkrarlayır: “İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir”. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə qətnamələrinə (məhkəmə əmrləri də daxil olmaqla) əsasən tutulmalı olan pul məbləğlərinin indeksləşdirilməsi zamanı "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarının analogiya üzrə tətbiqini mümkün hesab edir, lakin bu tətbiqin həmin qanunda müəyyən olunan meyarlara və hesablama qaydalarına əsasən həyata keçirilməli olmasını birmənalı şəkildə vurğulayır. Həmin qanunla isə indeksləşdirmə obyekti qismində vətəndaşların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin indeksləşdirilməsinin qadağan edilməsi birbaşa bu kateqoriyadan (nisyə alğı-satqı müqaviləsindən, kredit müqaviləsindən irəli gələn tələblər və s.) olan mübahisələrə dair qəbul edilmiş məhkəmə aktları üzrə tutulmalı olan pul məbləğlərinin də indeksləşdirilməməsini şərtləndirir. Beləliklə, hazırda indeksləşdirilməsi xahiş edilən pul vəsaiti tələbkarın sahibkarlıq fəaliyyət nəticəsində əldə etdiyi və mülki-hüquq münasibətlərindən irəli gələn mübahisənin yekununa dair qəbul edilmiş məhkəmə aktında ifadə olunan gəlirlərə aid olduğundan, eləcə də həmin gəlirlərin indeksləşdirilməsi "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qəti şəkildə qadağan edildiyindən, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizə təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nəriman Alməmmədov
Məhkəmə qərarları › İş №8(5-106)-21/2026
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(5-106)-21/2026
17.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver