Məhkəmə qərarları › İş №8(5-106)-23/2026

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(5-106)-23/2026

03.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(5-106)-23/2026 03.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-856/2022 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə ərizəçi Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-856/2022 nömrəli qətnaməsi əsasında xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda müəyyən edilmiş aliment miqdarının bu günə olan minimum əmək haqqı miqdarının 0,80 misli həddində indeksasiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Tələbkar məhkəməyə ərizə göndərərək ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən və bu məcəllənin 254, 255, 261.0.1, 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1, 170.1 və 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Tələbkar ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar