Məhkəmə qərarları › İş №8(5-106)-37/2026

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(5-106)-37/2026

02.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(5-106)-37/2026 02.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 18 fevral 2026-cı il tarixli təqdimata məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağcabədi rayon Məhkəməsi tərəfindən verilmiş e-2(017)-1004/2025-016 №-li, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Neymət Mustafayev təqdimatla məhkəməyə müraciət edərək Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(017)- 1004/2025-016 №-li, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar xeyrinə ödənilməsi qət edildiyini, iş üzrə Borclu halhazırda aliment borcu olduğunu və ölkə hüdudlarını tez-tez tərk etdiyini, həmçinin borclunun yaşadığı ünvan 1i ünvanına çağırış vərəqəsinin göndərildiyini, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlmədiyini, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırdığını bildirərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Neymət Mustafayevin təqdimatından görünür ki, dəfələrlə Borclu yaşadığı ünvan 1i ünvanına çağırış vərəqəsi göndərilsədə o, borcunu ödəməmiş, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlməmiş və bununla da icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmışdır. Həmçinin borclunun tez-tez ölkə xaricinə getməsinə görə onun ölkədən getmə ehtimalının real olması müəyyən edilmişdir. Ona görə də «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Qəbul edilən qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 433, 434-cü maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Ağcabədi rayon Məhkəməsi tərəfindən verilmiş e-2(017)-1004/2025-016 №-li, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə ünvan 1ində qeydiyyatda olan cavabdeh Borclu ölkədən getmək hüququ, borclu olduğu məbləğ tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad dərhal icra edilsin. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar