Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(5-107)-3/2026 19.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, X1 aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3148/2024 saylı qətnaməsi ilə birgə nikahdan doğulan 14 oktyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Maraqlı şəxs tutulması təyin olunmuş 190 manat alimentin sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan tərəflərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qeyd olunan ərizəyə Bərdə Rayon Məhkəməsində baxılmalı olduğundan iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Belə ki, qeyd olunan ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3148/2024 saylı qətnaməsi ilə tərəflərin qeyri-rəsmi nikahından doğulmuş 14 oktyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması 23 avqust 2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ay bir uşaq üçün 190 manat sabit pul məbləğində aliment iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qanunvericilik isə yuxarıda şərh olunan əlamətləri sadalamaqla məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını məhkəmə aidiyyətini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3148/2024 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləğinin indeksasiyası olunmasını məhkəmədən xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, hazır ki ərizəyə işə baxmış Bərdə Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən ərizə ərizəsinin aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: X1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3148/2024 saylı qətnaməsi ilə birgə nikahdan doğulan 14 oktyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Maraqlı şəxs tutulması təyin olunmuş 190 manat alimentin sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması barədə ərizəsi baxılması üçün aiddiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan ərizə verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №8(5-107)-3/2026
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(5-107)-3/2026
19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver