Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(5-107)-4/2026 19.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, X2 nümayəndəsi /anası/ X7, Borclu Maraqlı şəxs iştirakları ilə, X2 /borclu Maraqlı şəxs/ aliment məbləğinin indeksasiyası tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X12 məhkəməyə müraciət edərək ərizənin qeydiyyata alındığı tarixdən başlayaraq hesablanmaqla Ağdam Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(013)-1081/2024 saylı Qətnaməsi ilə təyin olunmuş alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X3 göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(013)-1081/2024 saylı Qətnaməsinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X1 üçün cavabdeh Maraqlı şəxs hər ay 170 manat sabit pul məbləğində ailmentin tutularaq ona ödənilməsi qət edilmişdir. Odur ki, ərizənin qeydiyyata alındığı tarixdən başlayaraq məhkəmənin qətnaməsi ilə təyin olunmuş alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya edilməsi barədə qərardad çıxarılmasın xahiş edir. Məhkəmə iclasında ərizəçi K.Hacıyevanın nümayəndəsi /anası/ X10 ərizəni müdafiə etdi, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qətnamə üzrə borclu Maraqlı şəxs məhkəməyə əmək haqqı ilə bağlı arayış təqdim etdi. Əlavə olaraq qeyd etdi ki, uşaq anası ilə yaşamır, uşağı kimi saxlamasını bilmir. Alimentin tutulmasına imtina etmir, lakin uşağının taleyi ona bəlli deyil. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 saylı Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli Qərarında bir sıra dəyişikliklər edilmişdir. Qərara əlavə edilmiş 8.4-3 bənddə nəzərədə tutulur ki, alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu /yəni Ailə Məcəlləsi 112.1-i maddə - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər/ məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə MPM-nin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Plenum Qərarının 8.4-2 bəndində göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Göründüyü kimi ərizəçi K.Hacıyevanın ərizəsinin mahiyyəti qət edilmiş alimentin indeksasiya qaydasında artırılması ilə bağlıdır, ərizə aliment məbləğinin indeksasiya edilməsini özündə ehtiva edir. Ərizənin mahiyyətindən görünür ki, ərizəçi K.Hacıyeva aliment məbləğinin azlığından, həmin məbləğlə uşağın tələbatlarının ödənilməsinin çətinliyindən bəhs edir, aliment məbləğinin hazırkı minimum aylıq əmək haqqına mütənasib olaraq artırılmasını istəyir. Bir sözlə ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-232-ci maddələri qaydasında alimentin artırılması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(013)-1081/2024 saylı Qətnaməsinin surətindən görünür ki, iddiaçı K.İsmayılova ilə Maraqlı şəxs arasında 05 noyabr 2021-ci il tarixdə Ağdam rayon Qeydiyyat Şöbəsində 264 sayla qeydə alınmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş - Günel adlı uşaq iddiaçının himayəsində saxlanılmış və cavabdeh Maraqlı şəxs2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin 15 mart 2024-cü il tarixdən hesablanaraq iddiaçıya verilməsi qət edilmişdir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, ərizəçi K.Hacıyeva xx.xx.2004-cü il təvəllüdlüdür. AZ-İV № 760281 saylı X6 surətindən görünür ki, X9 xx.xx.2022-ci ildə anadan olmuşdur. Məhkəmə qeyd edir ki, 2024-cü ildə ölkə üzrə minimum aylıq əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi 170 manat aliment məbləği 2024-cü il üçün ölkə üzrə müəyyən edilmiş həmin 345 manat minimum aylıq əmək haqqı məbləğinin 0.49 mislini təşkil etmişdir. Hazırda isə 2026-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 400 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, həmin vaxt qət edilmiş alimentin 0.49 misli 2026-cı ildə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum aylıq əmək haqqına mütənasib hesablanılmalıdır /hazırda minimum əmək haqqı məbləği 400 X aliment məbləğinin 0.49 misli = 196 manat/. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qatnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə həmçinin qeyd edir ki, alimentin indeksasiya edilmiş məbləği hazırkı qərardad qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(013)-1081/2024 saylı Qətnaməsi ilə borclu Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulub X4 xeyrinə verilən alimentin məbləği indeksasiya edilməklə - sonrakı artımlar nəzərə alınmaqla və hazırkı qərardad qanuni qüvvəsini aldığı tarixdən hesablanılmaqla Azərbaycan Respublikasında müəyyən edilmiş 400 manat minimum aylıq əmək haqqı məbləğinin 1 uşaq üçün 0.49 misli məbləğində müəyyən edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №8(5-107)-4/2026
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(5-107)-4/2026
19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver