Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(5-107)-44/2026 24.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi,ə, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi /icraçı direktor/ X4 Bərdə Rayon İcra Şöbəsinin icra məmuru X3 17 oktyabr 2025-ci il tarixli Qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şikayət ərizəsində qeyd olunur ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-394/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarına əsasən cavabdeh X1 xx.xx.2024-cü il tarixli, 3668 saylı müqavilə üzrə qalıq ümumi borc üzrə olan 9062 manat ödənilməmiş hissə və 48,06 manat dəbbə, ümumilikdə 9.110,06 manat borc və dövlət rüsumu qismində ödənilmiş 112 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi icra olunması üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə gəndərilmişdir. xx.xx.2025-ci il tarixində icra sənədi şöbənin icra məmuru X2 icraatına verilmişdir. Sözügedən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra borclu K.Sarıyeva tərəfindən icra vərəqəsi üzrə borc öhdəliyi icra edilmədiyi üçün tələbkar tərəf olaraq dəfələrlə borclu və onun ailə üzvlərindən məhkəmə qərarı əsasında mövcud borc öhdəliyinin icra edilməsi tələb edilmiş, lakin borcu MMC qarşısında olan borc öhdəliyindən müxtəlif bəhanələrlə yayınmışdır. Həmçinin borclu K.Sarıyeva icra məmurunun çağrışlarına cavab vermədiyi üçün axtarış qərarı verməsi üçün tərəflərindən icra məmuruna müraciətlər olunmuşdur. Bütün bunlara baxmayaraq icra məmuru tərəfindən «İcra Haqqında" Qanunun tələbləri yenidən pozularaq «icra sənədinin qaytarılması» barədə əsasız qərar qəbul edilmişdir. İcra sənədinin geri qaytarılmasında icra məmuru «İcra Haqqında Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədinin vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Göründüyü kimi borclu K.Sarıyeva hal-hazırda onlardan aldığı cihazı gizlədir. İcra məmuru isə cihazın axtarılması barədə axtarış qərarı vermədən icra sənədini geri göndərmişdir. Bu isə özlüyündə «İcra Haqqında» Qanunun tələblərinə ziddir. Odur ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru R.Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli «icra sənədinin qaytarılması» haqqında qərarın ləğv edilərək, icra sənədinin zəruri icra hərəkətlərinin yerinə yetirilməsi ilə bağlı həmin şöbəyə geri göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. "xxxx" MMC-nin nümayəndəsi Mahir Aslanov məhkəməyə ərizə ünvanlayaraq işlərinin çoxluğu ilə bağlı nümayəndələrinin iştirakı olmadan ərizənin baxılmasını xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəməyə nümayəndə göndərməmiş, ərizə ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizə və əlavə edilmiş materiallardan görünür ki, Ağdam Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(013)-384/2025 saylı Qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh K.Sarıyevadən 9062 manat əsas borc və 48,06 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumu əvəzində 112 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Təqdim edilmiş materiallardan həmçinin görünür ki, icra sənədi üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsində iş açılmış, icra hərəkətlərinə başlanılmış, lakin icra məmuru Rüfət Qasımovun 19 oktyabr 2025-ci il tarixli qərar qəbul edərək icra sənədini İcra Haqqında Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarmışdır. Beləliklə də qətnamə icra edilməmiş qalmışdır. Qeyd olunan sənəd üzrə məhkəmə icraçısı tərəfındən icraata başlamaq barədə qərarın nə vaxt qəbul edilməsi və göndərilməsi, borclunun əmlakının axtarılması, icra tədbirlərinin aparılması ilə bağlı sair bu kimi qanunla nəzərdə tutulmuş həmin qərarların tələbkara göndərilməsi, icra sənədi üzrə hansı tədbirlərin aparılması işin materiallarından görünmür və bu barədə məhkəməyə icra qurumu tərəfindən sənədlər təqdim edilməmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə görə icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilməli, həmçinin digər görülmüş tədbirlər barədə tələbkar tərəf məlumatlandırılmalıdır. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu, yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir. Həmin Qanunun 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə hal şahidlərinin iştirakları ilə həbs qoyulur. Eyni zamanda həmin qanuna görə tələbkarın icra hərəkətlərində iştirak etmək hüquqları vardır. Lakin icra məmuru tərəfindən həmin hərəkətlərin aparılması barədə iş materiallarında hər hansı sənəd yoxdur, həmin sənədlər tələbkara təqdim edilməmişdir. Tələbkarın ərizəsindən o da görünür ki, icra məmuru tərəfindən borclunun əmlakına baxış keçirilib-keçirilməməsindən məlumatsızdırlar və ümumiyyətlə onlara bu barədə məlumat verilməmiş, həmçinin icra sənədinin geri qaytarılması haqqında qəbul edilmiş 17 oktyabr 2025-ci il tarixli qərar tələbkar tərəfə 04 fevral 2026-cı il tarixdə göndərilmişdir. Bu kimi qanun pozuntularına yol verən icra məmuru icra sənədinin dərhal və vaxtında icrasını təmin etməmişdir. Yuxarıda qeyd olunan Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. İcra Şöbəsi müvafiq sənədləri məhkəməyə göndərməmiş, məhkəmə iclasına nümayəndə göndərməyərək tələbkarın dəlillərinin əsassızlığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmurunun həmin qərarı ləğv edilməli, icraat qanunamüvafiq davam etdirilməli, icra sənədinin icrası təmin edilməlidir. Azərbaycan Respublikası İcra Haqqında Qanunun müddəalarının və Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rüfət Qasımovun 17 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilsin, icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 /on/ gün müddətində onu çıxarmış məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №8(5-107)-44/2026
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(5-107)-44/2026
24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver