Məhkəmə qərarları › İş №8(5-108)-2/2026

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(5-108)-2/2026

03.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(5-108)-2/2026 03.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi Tələbkar iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(014)-1199/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(014)-1199/2020 saylı qətnaməsi ilə Borclu xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul şəklində müəyyən edilən alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1199/2020 nömrəli, 03 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat məbləğində aliment alınaraq Tələbkar verilməsi qət edilmişdir. Hazırda xx.xx.2020-ci il tarixdə müəyyən edilmiş alimentin indeksasiyası zərurəti yaranmışdır. Məhkəmə iclasında Tələbkar izahatında ərizədə qeyd etdiklərini müdafiə edərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barəsində borcluya və icra məmuruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 232.2-ci maddəsinə əsasən onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Ağdaş Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(014)-1199/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, “Tələbkar oğlundan” xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X2 və xx.xx.2016-cı ildə anadan olmuş X1 18 yaşına çatana qədər saxlanılmaları üçün Tələbkar xeyrinə hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(014)-1199/2020 nömrəli qərardadının surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(014)-1199/2020 nömrəli qətnaməsində olan yanlışlıq aradan qaldırılmış, qətnamənin nəticə hissəsində “Tələbkar oğlundan” sözləri “Borclu” sözləri kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayının 1-dən 250 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 misli təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Göründüyü kimi ərizəçinin indeksasiya olunmasını istədiyi məhkəmənin alimentlə bağlı qətnaməsi 2020-ci ilin dekabr ayında qət edilmişdir. Həmin vaxt Azərbaycan Respublikasında minimum əmək haqqı 250 manat olmuşdur. Buradan da aydın olur ki, həmin vaxt qət edilən alimentin miqdarı minimum əmək haqqının 0,48 misli həddində olmuşdur. Beləliklə, hazırda indeksasiya edilməli olan alimentin Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-1199/2020 nömrəli qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin 2019-cu ilin sentyabrın 1-dən 250 manat həddində müəyyən edilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-1199/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmalı, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Tələbkar ərizəsi təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(014)-1199/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 (sıfır tam yüzdə qırx səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar