Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(5-108)-42/2026 03.03.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Borclu iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(014)-62/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X5 məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli, 2(014)-62/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunaraq xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X5 ərizəsini əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-62/2023 saylı, 3 fevral 2023-cü il tarixli qətnaməsi ilə 21 fevral 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Borclu tutularaq X3 verilməsi qət edilmişdir. Hazırda alimentin indeksasiya zərurəti yaranmışdır. Məhkəmə iclasında Borclu izahat verərək, maddi vəziyyətinin imkan verməməsini nəzərə alaraq aylıq alimentin yalnız 160 manatadək indeksasiya edilməsinə razılığını bildirdi. Lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barəsində ərizəçiyə və icra məmuruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 232.2-ci maddəsinə əsasən onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni işin materialları ilə birlikdə nəzərdən keçirərək, borclunu dinləyərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(014)-62/2023 saylı qətnaməsinin surətindən görünür ki, Borclu 20 sentyabr 2022ci il tarixdən başlayaraq, 21 fevral 2013-cü il təvəllüdlü X4 18 yaşına çatana qədər saxlanılması üçün X2 xeyrinə hər ay 150 manat ( yüz əlli) sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 misli təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Göründüyü kimi ərizəçinin indeksasiya olunmasını istədiyi məhkəmənin alimentlə bağlı qətnaməsi 2023-cü ilin fevral ayında qət edilmişdir. Həmin vaxt Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manat olmuşdur. Buradan da aydın olur ki, həmin vaxt qət edilən alimentin miqdarı minimum əmək haqqının 0,43 misli həddində olmuşdur. Odur ki, ərizəçinin alimentin minimum əmək haqqının 0,88 misli həddində indeksasiya edilməsinə dair tələbi minimum əmək haqqının 0,43 misli həddində indeksasiya edilməsi hissəsində təmin edilməli qalan hissədə isə rədd edilməlidir. Beləliklə, məhkəmə hazırda indeksasiya edilməli olan alimentin Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(014)-62/2023 saylı qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin xx.xx.2023-cü il tarixdən 345 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab edir ki, ərizə qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(014)-62/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmalı, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (sıfır tam yüzdə qırx üç) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X1 ərizəsi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-62/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (sıfır tam yüzdə qırx üç) misli həddində sabit pul məbləğində aliment tutulsun. X1 ərizəsi qalan hissədə rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №8(5-108)-42/2026
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(5-108)-42/2026
03.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver