Məhkəmə qərarları › İş №8(5-108)-44/2026

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(5-108)-44/2026

24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(5-108)-44/2026 24.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi , Tələbkar X2, Borclu iştirakları ilə Borclunun əmlakı üzərina həbs qoyulmasına dair Ağdaş rayon İcra va Probasiya Şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n е t d i: Ağdaş rayon üzrə İcrа va Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Ağdaş rayon Məhkəməsinin e-2(014)-831/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədər Borclua məxsus olan “New Holland TC- 5050” ” markalı **-BA-*** qeydiyyat nişanlı kombaynın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatda qeyd edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-831/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan cavabdeh Borclu cehiz əmlakları: Mebel 1500 manat, mebel üçün xrustallar, servis (madonna, bagemalar,lepkalı qablar)-1500 man uşaq yatağı 380 man, şkaf 1 ədəd 150 man, tək nəfərlik 2 ədəd yataq 100 man. stol və stul dəsti 420 man, yorğandöşək 7 dəst 300 man. qazan dəstləri-3 dəst 145 man, mətbəxdə istifadə olunan xırda ləvazımatlar (qab-qacaq) 500 man, ayaqqabı şkafı (asılqanlı) 120 man. xalça bir ədəd 150 man, xalça daroşka 2 ədəd 80 man, pərdə 4 ədəd 600 man, smavar -İ ədəd 140 man, manqal 50 man, divan dəsti 950 man, televizor plazma ( samsung) 850 man, televizor üçün altlıq 350 man, kiçik masa(jurnalni) 200 man, yataq dəsti 2200 man, yataq dəsti qız uşağı üçün 1250 man, yataq dəsti 1250 man, mətbəx mebeli bağlanma 2800 man, mətbəx mebeli üçün qaz sobası 250 man, mətbəx mebeli üçün qabyuyan (moyka) 70 man, paltaryuyan 430 man, ankastr 450 man. mikrodalğalı soba (west) 280 man. soyuducu samsung 1470 man, mətbəx jaluzu 120 man, çilçıraq 2 ədəd (zal və otaq üçün) 350 man, tozsoran (vest) 250 man, qazan dəsti (qranit) 260 man, qazan dəsti (keramika) 245 man, qazan dəsti (ikili) 180 man, gazan dəsti (tuj)120 man, qaşıq-bıçaq dəsti çamadan 200 man, blendr (istifadə olunmamış) 45 man, mikser (istifadə olunmamış) 80 man, ətçəkən maşın 100 man, balıq tavası qoşa 140 man, məcməyi (podnos) dəsti (nikkel) 120 man, xalça 1 ədəd 350 man, xalça balaca 2 ədəd 100 man, xalça 1 ədəd 500 man, yataq üstü (pokrival) 2 cüt 140 man, uşaq üçün yataq üstü (pokrival) 2 cüt 80 man, divan örtüyü 2 ədəd 120 man, moydadır 320 manat dəyərində əşyalar naturada, naturada olmadıqda isə onların dəyəri alınaraq iddiaçı X3 vərilməlidir.Ağdaş rayonu, Dəhnəxəlil kəndində yərləşən, Borclu xüsusi mülkiyyətində olan ümumi sahəsi 214.3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0,45 ha həyatyanı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi **********21-10301 , qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) 1/2 hissəsində iddiaçı X2 paylı mülkiyyət hüququ müəyyən edilməlidir.'Howo- ZZ3317N3867VV” maraklı **-BG-*** və "Nissan Navara” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alqı-satqısından əldə olunmuş 68000 (altmış səkkiz min) manatın yarısı 34000 (otuz dörd min) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən, ümumi sahəsi 89.0 kv.m olan, 1 mərtəbəli fərdi yaşayış evi 5000 manat məbləğində dəyərləndirilərək onun yarısı 2500 (iki min beş yüz) cavabdehdan alınıb iddiaçıya vərilməlidir.1ədəd kotanın dəyəri 2000 AZN müəyyən edilərək onun yarısı 1000(min) AZN pul şəklində alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş 261.40 manat dövlət rüsumunun yarısı yəni 130.70 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında tələbkar X4 izahatında göstərmişdir ki, “New Holland TC-5050” markalı **-BA-*** kombayn Borclu məxsusdur. Üzərinə həbsin qoyulmasını xahiş etdi. Məhkəmə iclasında Borclu izahatında göstərmişdir ki, “New Holland TC-5050” markalı **- BA-*** kombayn özünə məxsusdur. Üzərinə həbsin qoyulmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin e-2(014)-831/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Ağdaş rayon Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan cavabdeh Borclu cehiz əmlakları: Mebel 1500 manat, mebel üçün xrustallar, servis (madonna, bagemalar,lepkalı qablar)-1500 man uşaq yatağı 380 man, şkaf 1 ədəd 150 man, tək nəfərlik 2 ədəd yataq 100 man. stol və stul dəsti 420 man, yorğandöşək 7 dəst 300 man. qazan dəstləri-3 dəst 145 man, mətbəxdə istifadə olunan xırda ləvazımatlar (qab-qacaq) 500 man, ayaqqabı şkafı (asılqanlı) 120 man. xalça bir ədəd 150 man, xalça daroşka 2 ədəd 80 man, pərdə 4 ədəd 600 man, smavar -İ ədəd 140 man, manqal 50 man, divan dəsti 950 man, televizor plazma ( samsung) 850 man, televizor üçün altlıq 350 man, kiçik masa(jurnalni) 200 man, yataq dəsti 2200 man, yataq dəsti qız uşağı üçün 1250 man, yataq dəsti 1250 man, mətbəx mebeli bağlanma 2800 man, mətbəx mebeli üçün qaz sobası 250 man, mətbəx mebeli üçün qabyuyan (moyka) 70 man, paltaryuyan 430 man, ankastr 450 man. mikrodalğalı soba (west) 280 man. soyuducu samsung 1470 man, mətbəx jaluzu 120 man, çilçıraq 2 ədəd (zal və otaq üçün) 350 man, tozsoran (vest) 250 man, qazan dəsti (qranit) 260 man, qazan dəsti (keramika) 245 man, qazan dəsti (ikili) 180 man, gazan dəsti (tuj)120 man, qaşıq-bıçaq dəsti çamadan 200 man, blendr (istifadə olunmamış) 45 man, mikser (istifədə olunmamış) 80 man, ətçəkən maşın 100 man, balıq tavası qoşa 140 man, məcməyi (podnos) dəsti (nikkel) 120 man, xalça 1 ədəd 350 man, xalça balaca 2 ədəd 100 man, xalça 1 ədəd 500 man, yataq üstü (pokrival) 2 cüt 140 man, uşaq üçün yataq üstü (pokrival) 2 cüt 80 man, divan örtüyü 2 ədəd 120 man, moydadır 320 manat dəyərində əşyalar naturada, naturada olmadıqda isə onların dəyəri alınaraq iddiaçı X3 vərilməlidir.Ağdaş rayonu, Dəhnəxəlil kəndində yərləşən, Borclu xüsusi mülkiyyətində olan ümumi sahəsi 214.3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0,45 ha həyatyanı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi **********21-10301 , qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) 1/2 hissəsində iddiaçı X2 paylı mülkiyyət hüququ müəyyən edilməlidir.'Howo- ZZ3317N3867VV” maraklı **-BG-*** və "Nissan Navara” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alqı-satqısından əldə olunmuş 68000 (altmış səkkiz min) manatın yarısı 34000 (otuz dörd min) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən, ümumi sahəsi 89.0 kv.m olan, 1 mərtəbəli fərdi yaşayış evi 5000 manat məbləğində dəyərləndirilərək onun yarısı 2500 (iki min beş yüz) cavabdehdan alınıb iddiaçıya vərilməlidir.1ədəd kotanın dəyəri 2000 AZN müəyyən edilərək onun yarısı 1000(min) AZN pul şəklində alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş 261.40 manat dövlət rüsumunun yarısı yəni 130.70 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Təqdimata əlavə edilmiş «X1 Şəhadətnaməsi» surətindən görünür ki, “New Holland TC- 5050” markalı **-BA-*** qeydiyyat nişanlı kombayn Borclu məxsusdur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, borclu tərəfindən borcun ödənilməsi təmin edilmədiyindən borclunun avtomobili üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərаrаaldı: Təqdimat təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin e-2(014)-831/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “New Holland TC- 5050” markalı **-BA-*** qeydiyyat nişanlı kombaynın üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar