Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(5-108)-50/2026 10.03.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-688/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X3 tərəfindən verilmiş ərizəyə Ağdaş Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 688/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün aylıq 100 manat sabit pul məbləğində alimentin Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumuna uyğun olaraq indeksasiya edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X10 ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 688/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu övladları 18 fevral 2011-ci il təvəllüdlü X11 və 11 oktyabr 2012-ci il təvəllüdlü X1 görə hər uşaq üçün aylıq 100 (bir yüz) manat sbit pul məbləğində alimentin tutulması qət edilmişdir. X3 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və alimentin indeksasiyası ilə bağlı ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada icra məmuruna və borcluya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən icra məmuru və borclunun iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-688/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 01 avqust 1982-ci il tarixdə Ağdaş rayonu, Qarağan Sədi kəndində doğulmuş, Ağdaş rayonu, Qarağan-Şıxlar ərazi D, Qarağan Sədi kəndində yaşayan Borclu 02 fevral 2021-ci il tarixdən başlayaraq, 18 fevral 2011-ci il təvəllüdlü X11 və 11 oktyabr 2012-ci il təvəllüdlü X7 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin iddiaçı X4 xeyrinə tutulmasına dair yekun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarında qeyd edilir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarda qeyd edilir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 1 snetyabr 2019-cu ildən 1 yanvar 2022-ci ilədək 250 manat müəyyən edilmişdir. Tələbkarın indeksasiya olunmasını istədiyi alimentlə bağlı məhkəmə qətnaməsi 2021-ci ilin mart ayında qət edilmişdir. Həmin vaxt Azərbaycan Respublikasında minimum əmək haqqı 250 manat olmuşdur. Buradan da aydın olur ki, həmin vaxt qət edilən alimentin miqdarı minimum əmək haqqının 0.40 misli həddində olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-688/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsinə əsasən Borclu 02 fevral 2021-ci il tarixdən başlayaraq, 18 fevral 2011-ci il təvəllüdlü X11 və 11 oktyabr 2012-ci il təvəllüdlü X7 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin iddiaçı X4 xeyrinə tutulmasına dair yekun qərar qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırda tələbkar ərizə ilə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində tutulan alimentin indeksasiya olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin tələbinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinin tələbinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə ərizəsi təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-688/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsinin icrası üsulu və qaydası dəyişdirilərək həmin qətnamə ilə Borclu 18 fevral 2011-ci il təvəllüdlü X11 və 11 oktyabr 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutularaq X3na ödənilməli, hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra miqdarı dəyişdirilmiş alimentin məbləği hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 267-268ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə ərizəsi təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-688/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsinin icrası üsulu və qaydası dəyişdirilərək həmin qətnamə ilə Borclu 18 fevral 2011-ci il təvəllüdlü X11 və 11 oktyabr 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutularaq X3na ödənilsin. Hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra miqdarı dəyişdirilmiş alimentin məbləği hesablansın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №8(5-108)-50/2026
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(5-108)-50/2026
10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver