Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 8(5-109)-3/2026 14.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-237/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Ağstafa rayon İcra və probasiya şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu Tapdıq Dəmirçiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ağstafa rayon İcra və probasiya şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu Tapdıq Dəmirçiyev təqdimatla məhkəməyə müraciət edərək təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-237/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə Borclu iki uşağın saxlanılması üçün hər ay 300 manat məbləğində aliment tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-237/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimata baxılması yeri və vaxtı barədə icra məmuruna və tələbkara, borcluya rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə borclunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimatın aşağıdakılara əsasən təmin edilməsi qanunauyğundur. Belə ki, borclunun ölkədən getməsinə məhdudiyyət qoyulması, “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər və belə bir məhdudiyyətin tətbiqinə qanunvericiliyin ümumi mənası kontekstində yanaşılmalıdır. İş materiallarından aydın olur ki, icra məmuru həmin icra sənədi əsasında icraata başlamış, tələbin könüllü icrası ilə bağlı borcluya bildirişlər təqdim etmiş, lakin borclu təyin olunmuş könüllü müddət ərzində icra sənədlərində göstərilən tələbi təmin etməmişdir. Əksinə borclu məhkəmə qərarında göstərilən tələbi ödəməkdən yayınaraq, tələbin ödənilməsi istiqamətində heç bir zəruri tədbirlər görməmişdir. Ona görə də, icra məmuru müvafiq təqdimatı məhkəməyə ünvanlamışdır. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-237/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.1987-ci il təvəllüdlü, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-237/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.1987-ci il təvəllüdlü, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №8(5-109)-3/2026
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №8(5-109)-3/2026
14.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver