Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(5-112)-1/2026 15.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar alimentin indeksasiya edilməsi barədə ərizəsinə iş materialları ilə birlikdə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Tələbkar ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Balakən Rayon Məhkəməsinin e-2(019)-523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin illik əmək haqqına indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar məhkəməyə dəqiqləşdirilmə barədə ərizə verərək xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Balakən Rayon Məhkəməsinin e-2(019)-523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin minimum əmək haqqına indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.Ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin e- 2(019)-523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizənin verildiyi xx.xx.2023cü il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin Borclu alınaraq tələbkar X5 verilməsi qət olunmuşdur. Balakən Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icranın təmin edilməsi Balakən Rayon İcra və Probasiya Şöbəsin həvalə edilmişdir. Hesab edir ki, yetkinlik yaşına çatmamış övladının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq, ərizə təmin edilməlidir. Məhkəmə iclasında Tələbkar ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-523/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X6 ilə cavabdeh Borclu arasında xx.xx.2018-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 99 nömrə ilə bağlanmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 iddiaçı X4 yanında saxlanılması; ərizənin verildiyi xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin cavabdeh Borclu alınaraq iddiaçı X5 verilməsi; iddianın qalan hissədə təmin olunmaması; alimentin alınması hissəsində hazırki qətnamənin dərhal icra olunması; cavabdeh Borclu ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 iyul 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 317449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 29 may 2019-cu ildə anadan olmuş, atası Borclu,anası X9 qeyd edilmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, tələbkar X6 cavabdeh Borclu ilə xx.xx.2018-ci il tarixdə evlənməklə ər-arvad münasibətlərinə girmiş, onlar arasında nikah xx.xx.2018-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 99 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə X10 adında bir uşaqları doğulmuşdur. Hazırda uşaq tələbkar X4 himayəsindədir. iddianın qismən təmin edilməsi, iddiaçı X6 ilə cavabdeh Borclu arasında xx.xx.2018-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 99 nömrə ilə bağlanmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 iddiaçı X4 yanında saxlanılması; ərizənin verildiyi xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin cavabdeh Borclu alınaraq iddiaçı X5 verilməsi; iddianın qalan hissədə təmin olunmaması; alimentin alınması hissəsində hazırki qətnamənin dərhal icra olunması; cavabdeh Borclu ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Hazırda X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-523/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin minimum əmək haqqı məbləğinə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki -Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Qərarın 8.4-2-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə,Balakən Rayon Məhkəməsinin 2(019)-523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizənin verildiyi xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin cavabdeh Borclu alınaraq iddiaçı X4 xeyrinə ödənilməsinin qət edilməsini, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(019)-523/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 170 manat alimentin 2023-cü il üçün müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etməsini, 2026-cı il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, tələbkar X4 ərizəsi təmin edilməli, yetkinlik yaşına çatmamış,xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün Borclu tələbkar X4 xeyrinə tutulan alimentin miqdarı sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin indeksasiyası ərizənin verildiyi 05 yanvar 2026-cı il tarixdən aparılmalı, qərardad qüvvəyə mindikdən sonra icraya yönəldilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-523/2023 nömrəli qətnaməsinə əsasən yetkinlik yaşına çatmamış, xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün Borclu tələbkar X4 xeyrinə tutulan alimentin miqdarı xx.xx.2026-cı il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 232, 263- 264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-523/2023 nömrəli qətnaməsinə əsasən yetkinlik yaşına çatmamış, xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün Borclu tələbkar X4 xeyrinə tutulan alimentin miqdarı xx.xx.2026-cı il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada alındığı gündən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №8(5-112)-1/2026
Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(5-112)-1/2026
15.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver