Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(5-112)-18/2026 27.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, Tələbkar Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Tələbkar şikayət ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon İcra və Probasiya şöbəsinin 09 iyul 2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizəyə və əlavə edilmiş sənədlərə baxaraq məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “Dövlət icra məmurları haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.7-ci maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından görünür ki, icraata xitam verilməsi barədə qərar 09 iyul 2020-ci ildə qəbul olunmasına baxmayaraq, tələbkar həmin qərardan 05 ildən artıq müddət keçdikdən sonra xx.xx.2026-ci il tarixdə şikayət vermişdir. Göründüyü kimi onun tərəfindən qərardan şikayət verilməsi müddəti ötürülmüş və prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Tələbkar Balakən rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4, 130, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub QƏRARAALDİ: Tələbkar Balakən rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №8(5-112)-18/2026
Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(5-112)-18/2026
27.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver