Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(5-112)-4/2026 05.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Səfərli Dünya Azad qızının katibliyi ilə, Tələbkar İbadova (Mustafayeva) Rəqsanə Rizvan qızının nümayəndəsi Nümayəndə iştirakı ilə Tələbkar İbadova (Mustafayeva) Rəqsanə Rizvan qızının alimentin minium əmək haqqına indeksasiya olunmasına dair ərizəsinə iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar İbadova (Mustafayeva) Rəqsanə Rizvan qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 20 avqust 2013-cu ildə anadan olmuş X4 və 15 iyun 2015ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-675/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin illik əmək haqqına indeksasiya olunmaqla 0.6 misli həddində Borclu tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar İbadova (Mustafayeva) Rəqsanə Rizvan qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, 06 mart 2013-cü ildə Borclu ilə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan 20 avqust 2013-cu ildə X6 və 15 iyun 2015-ci ildə X5 adında iki uşaqları olmuşdur. Cavabdehlə evləndikləri ilk vaxtlar ailə münasibətləri yaxşı olmuş, sonralar aralarında ailə münasibətləri zəminində narazılıqlar yaranmışdır. Aralarında yaranan narazılıqlara səbəb xasiyyətlərinin uyğun gəlməməsi və bir-birilərini başa düşməməmələri olmuşdur. 2019-cu ildə ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-675/2019 saylı qətnaməsinə əsasən, 20 avqust 2013-cu il təvəllüdlü X6 və 15 iyun 2015-ci il təvəllüdlü X5 cavabdeh Borclu alınıb anası X3 verilməsi, 20 avqust 2013-cü il təvəllüdlü X4 və 15 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün atasından alınıb anasına verildiyi tarixdən hesablanmaqla cavabdeh Borclu hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)- 675/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icranın təmin edilməsi Balakən rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. Yetkinlik yaşına çatmamış övladlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq, ərizə təmin edilməlidir. Məhkəmə iclasında İbadova (Mustafayeva) Rəqsanə Rizvan qızının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Rəqsanə onun qızıdır. Uşaqlar 7-ci və 5-ci sinifdə oxuyurlar. Pul çatdırmaq olmur. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq borclu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı üzürlü səbəb bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)- 675/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, 20 avqust 2013-cu il təvəllüdlü X6 və 15 iyun 2015-ci il təvəllüdlü X5 cavabdeh Borclu alınıb anası X3 verilməsi, 20 avqust 2013-cü il təvəllüdlü X4 və 15 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün atasından alınıb anasına verildiyi tarixdən hesablanmaqla cavabdeh Borclu hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməlidir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını, ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Qərarın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Qərarın 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə 150 manat sabit pul məbləğində aliment tutulmasının qət edilmiş, 2019-cu il martın 1-dən minimum əmək haqqının məbləği 180 manat olmuş, həmin qətnamə ilə müəyyən edilmiş 150 manat alimentin həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqının 0.83 mislini təşkil etmişdir. Məhkəmə hazırda tələbkarın alimentin 0.6 misli həddində indeksasiya olunmasına dair xahişini, məhkəmənin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar çıxarmasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, yetkinlik yaşına çatmayan 20 avqust 2013-cu il təvəllüdlü X4 və 15 iyun 2015-ci il təvəllüdlü X1 üçün Borclu tələbkar İbadova (Mustafayeva) Rəqsanə Rizvan qızının xeyrinə tutulan alimentin miqdarı sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.6 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə hesab edir ki, alimentin indeksasiyası ərizənin verildiyi 26 yanvar 2026-cı il tarixdən aparılmalı, qərardad qüvvəyə mindikdən sonra isə icraya yönəldilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 232, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Balakən Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(019)-674/2019 nömrəli qətnaməsinə əsasən 20 avqust 2013-cu il təvəllüdlü X4 və 15 iyun 2015-ci il təvəllüdlü X1 üçün Borclu tələbkar İbadova (Mustafayeva) Rəqsanə Rizvan qızının xeyrinə tutulan alimentin miqdarı 26 yanvar 2026-cı il tarixdən başlayaraq hər uşaq üçün - sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.6 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №8(5-112)-4/2026
Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(5-112)-4/2026
05.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver