Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(5-112)-6/2026 30.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, Tələbkarlar Tələbkar1 və Tələbkar2 Cavabdeh icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Tələbkarlar Tələbkar1 və Tələbkar2 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən 23 dekabr 2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə və əlavə edilmiş sənədlərə baxaraq məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə ərizə geri qaytarılmalıdır. Belə ki, Cavabdeh icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilən Borclu aid şəxsi məlumatlardan Çıxarışdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “Dövlət icra məmurları haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.7-ci maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından görünür ki, sözügedən icraata xitam verilməsi barədə qərar 23 dekabr 2024-cü ildə qəbul olunmasına baxmayaraq, tələbkar həmin qərardan 01 ildən artıq müddət keçdikdən sonra xx.xx.2026-ci il tarixdə şikayət vermişdir. Tələbkar icraata xitam verilməsi barədə 23 dekabr 2024-cü il tarixli qərarı xx.xx.2026-ci il tarixdə aldığını qeyd etsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, həmçinin sözügüdən qərardan görünür ki, tələbkar ərizə ilə müraciət edərək torpaq sahəsinin ona tam olaraq təhvil verildiyi, etirazının olmadığını bildirmişdir. odur ki, tələbkarların bu vaxta qədər icraata xitam verilməsindən məlumatlarının olmaması inandırıcı deyildir. Bundan başqa onlar prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişlər. Həmçinin tələbkar ərizədə borclunun onun torpaq sahəsinə girib fındıq yığdığını bildirsə də, iş materiallarına əlavə olunan sənədlərdən görünür ki, Borclu xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Tələbkar1 və Tələbkar2 Cavabdeh icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4, 130, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub QƏRARAALDİ: Tələbkar1 və Tələbkar2 Cavabdeh icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №8(5-112)-6/2026
Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(5-112)-6/2026
30.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver