Məhkəmə qərarları › İş №8(5-112)-9/2026

Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(5-112)-9/2026

18.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(5-112)-9/2026 18.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, X3 qızının katibliyi, Borclu nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin cavabdeh Borclu qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)-83/2025 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu nümayəndəsi Nümayəndə vasitəsi ilə verdiyi ərizəsinə məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi cavabdeh Borclu qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Borclu 23.968 (iyirmi üç min doqquz yüz altmış səkkiz) AVRO və 2162, 21 (iki min yüz altmış iki manat, iyirmi bir qəpik) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiası təmin olunmuş, cavabdeh Borclu 23.968 ( iyirmi üç min doqquz yüz altmış səkkiz) AVRO və 2162,21 (iki min yüz altmış iki manat iyirmi bir qəpik) manatın tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hesabına ödənilməsi, cavabdeh Borclu 225,40 manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Borclu nümayəndəsi Nümayəndə vasitəsi ilə Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, e-2(019)-83/2025 nömrəli qətnaməsi əsasında yaranmış icra sənədi üzrə ödəməli olduğu 23.968 (iyirmi üç min doqquz yüz altmış səkkiz) AVRO borcun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi cavabdeh Borclu qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Borclu 23.968 (iyirmi üç min doqquz yüz altmış səkkiz) AVRO və 2162, 21 (iki min yüz altmış iki manat, iyirmi bir qəpik) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiası təmin olunmuş, cavabdeh Borclu 23.968 ( iyirmi üç min doqquz yüz altmış səkkiz) AVRO və 2162,21 (iki min yüz altmış iki manat iyirmi bir qəpik) manatın tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hesabına ödənilməsi, cavabdeh Borclu 225,40 manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Balakən rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə 2162,21 (iki min yüz altmış iki manat iyirmi bir qəpik) AZN və 225,40 AZN borc Borclu tərəfindən ödənilmişdir. İcra sənədi üzrə 23.968 (iyirmi üç min doqquz yüz altmış səkkiz AVRO ödənilməmişdir.Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, borclu qeyd olunan borcu ödəməkdən yayınmır, lakin həmin borcu birdəfəyə ödəmək iqtidarında deyildir. Borclu hazırda Lüksenburqda işləyir və o, aldığı məvacib ilə icra sənədi üzrə borcu birdəfəyə ödəyə bilmir. Yalnız hissə-hissə ödəmək iqtidarındadır. Məhkəmə iclasında Borclu nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndə X2 məhkəməyə ərizə göndərərək qanuni qüvvəyə minmiş məhkəmə qıərarının icrasına möhlət verilməsi barədə ərizəni əsassız hesab etdiyini göstərərək qərarın tam və vaxtında ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 231.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə sözügedən məsələyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 dekabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). MPM-in 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə işin hallarını, borclu X1 tərəfindən tələbkar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xeyrinə ödənilməli olan məbləğin 23.968 avro olmasını, icra sənədinin 11 aprel 2025-ci il tarixdən icraya yönəldilməsini, tələbkarın qətnamənin hissəhissə icra edilməsinə etiraz etməsini, 23.968 avro borcun hisə-hissə ödənilməsinin tələbkarın mənafeyinə ciddi zərər vuracağını, qətnamənin hissə-hissə icra edilməsi üçün heç bir müstəsna hal olmamasını nəzərə alaraq hesab edir ki, ərizə rədd edilməlidir. Yuxarıda qeyd olunanları və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin cavabdeh Borclu qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair iş üzrə Balakən Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu nümyəndəsi Nümayəndə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar