Məhkəmə qərarları › İş №8(5-113)-14/2026

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(5-113)-14/2026

28.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(5-113)-14/2026 28.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)-911/2025 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 911/2025 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən Borclu 1500 manat məbləğində əsas borc, 204.3 manat məbləğində faiz borcu, 24.02 manat məbləğində cərimə və 37.29 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1765.61 manat məbləğində pul vəsaiti “X4” ASC-nin xeyirinə tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatında daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəfindən qərar qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 2(020)-911/2025 saylı, xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, Borclu 1500 manat məbləğində əsas borc, 204.3 manat məbləğində faiz borcu, 24.02 manat məbləğində cərimə və 37.29 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1765.61 manat məbləğində pul vəsaiti “X4” ASC-nin xeyirinə tutulmalıdır. 15 iyul 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-911/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icra sənədi icra edilməsi üçün borcluya göndərilmişdir. xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. 28 iyul 2025-ci il tarixli, e92585/2025-48-19 saylı və 09 sentyabr 2025-ci il tarixli, e92585/2025-48-19 saylı xəbərdarlıq məktublarından görünür ki, Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığına görə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığına görə təqdimat təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)-911/2025 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar ünvan 1ində yaşayan Şükürlü X3 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-911/2025 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar ünvan 1ində yaşayan borclu Şükürlü X3 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar