Məhkəmə qərarları › İş №8(5-113)-26/2026

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(5-113)-26/2026

12.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(5-113)-26/2026 12.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə Beyləqan Rayon Məhkəməsinin *1 yanvar 2017-ci il tarixli, 2(020)-*89/2017 saylı məhkəmə əmrinə əsasən ödənilməli pul məbləğinin indeksasiya edilməsinə dair Tələbkar (Sunny Electronics mağazası) ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələbkar (Sunny Electronics mağazası) ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)-*89/2017 saylı *1 yanvar 2017-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 965 pul məbləğinin indeksləşdirilərək 2017-ci il yanvar ayından 2025-ci ilin dekabr ayınadək 162,40 faiz artımı (965AZNx162,40 =1567,16 AZN) nəzərə alaraq, cəmi 25*2,16 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-*89/2017 saylı *1 yanvar 2017-ci il tarixli məhkəmə qərarına əsasən borclular Borclu1 və Borclu2 cəmi 965 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır.Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci il dekabr ayından 2017-ci il avqust ayına nisbətən istehlak qiymətləri indeksi 162,40 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 1,6 dəfə artmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmişlər, tələbkar elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, iş çoxluğu ilə əlaqədar üzrlü səbəbdən iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilmədiyi üçün, həmçinin iş üzə zəruri sənədləri ərizəyə əlavə olunaraq məhkəməyə təqdim olunmasını nəzərə alaraq, işə onlarn iştirakları olmadan baxaraq ərizələrinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, borclular və icra və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*2.2-ci maddəsinə əsasən ərizəyə proses iştirakçılarını iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin *1 yanvar 2017-ci il tarixli, 2(020)-*89/2017 saylı məhkəmə əmrindən görünür ki, borclu Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7-də qeydiyyatda olan xx.xx.1976-cı ildə anadan olan Borclu1 və Zəngilan rayonu, Şəfibəyli kəndində qeydiyyatda olan xx.xx.197*-cü ildə anadan olan Borclu2 müştərək qaydada 726 manat əsas borcu, cərimə borcuna görə 218 manat, cəmi 944 manat və ödənilmiş 21 manat dövlət rüsumu tutularaq “Sunny Electronicsa” mağazasının sahibi Tələbkar xeyrinə verilməsi qərara alınmışdır. Tələbkar (Sunny Electronics mağazası) tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli Maliyyə Arayışından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-*89/2017 saylı *1 yanvar 2017-ci il tarixli məhkəmə qərarına əsasən borclular Borclu1 və Borclu2 cəmi 965 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Bildirilir ki, məhkəmə qərarından sonra ödəniş olmamışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuş məktubuna əsasən müəyyən olunur ki, 2017-ci ilin yanvarayından 2026-cı ilin yanvar ayınadək inflyasiya faizi 164.9 % təşkil etmişdir. Maraqlı şəxs məhkəmənin sorğusuna cavab olaraq verilmiş 04.0*.2026-cı il tarixli məktubdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-*89/2017 saylı *1.01.2017ci il tarixli məhkəmə əmri icrası üçün Maraqlı şəxsnə daxil olmuşdur. Elektron bazaya yerləşdirilən zaman icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Ona görə də, icra sənədi xx.xx.2017-ci il tarixdə icraata qəbul edilmədən məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*2.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 2*2.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*2-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar). İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Qanunvericiliyin tələbinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-*89/2017 saylı *1.01.2017-ci il tarixli məhkəmə əmri icrası üçün Maraqlı şəxsnə daxil olmuş olsa da, icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edildiyindən, icra sənədi xx.xx.2017-ci il tarixdə icraata qəbul edilmədən məhkəməyə qaytarılmışdır. Eyni zamanda, Elektron məhkəmə informasiya sistemi vasitəsilə də borcluların barəsində qeyd edilən icra sənədinin müvafiq icra şöbələrinin icraatında olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədi geri qaytarıldığından və hal-hazırda qeyd edilən icra sənədinin icrası həyata keçirilmədiyindən ərizə təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26*-264 və 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Beyləqan Rayon Məhkəməsinin *1 yanvar 2017-ci il tarixli, 2(020)-*89/2017 saylı məhkəmə əmrinə əsasən ödənilməli pul məbləğinin indeksasiya edilməsinə dair Tələbkar (Sunny Electronics mağazası) ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Kamilzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar