Məhkəmə qərarları › İş №8(5-113)-30/2026

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(5-113)-30/2026

05.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(5-113)-30/2026 05.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim İslamov Tamerlan Cəlil oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-457/2022 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-457/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(020)-457/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu müştərək qaydada 2165,15 manat pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-cü il tarixində Beyləqan rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-457/2022 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən Borclu müştərək qaydada 2165,15 manat pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya rəsmi və sms bildiriş göndərilmişdir. Lakin borclu tələbi tam təmin etmədiyi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-457/2022 saylı icra sənədinə əsasən Borclu müştərək qaydada xx.xx.2019-cu il tarixli 038CASA193430001 saylı kredit müqaviləsinə əsasən 2164.21 (iki min yüz qırx altı manat iyirmi bir qəpik) manat əsas kredit borcu və 18.94 (on səkkiz manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 2165.15 (iki min yüz altmış beş manat on beş qəpik) manat və 41.66 (qırx bir manat altmış altı qəpik) manat alınıb tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərara əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-457/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. “İcra Haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”: 2.1. Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Azərbaycan Respublikası zərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 9.2.-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3.6-ci maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra qanunvericiliyinin tələbinə görə məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqində göstərilmiş öhdəliklər borclu tərəfindən könüllü şəkildə yerinə yetirilmədikdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi icra vərəqəsi üzrə öhdəliklərinin borclu tərəfindən lazımi və tam qaydada yerinə yetirilməsinə şərait yaratmaq, təsir göstərmək məqsədi daşıyır. Qanunvericiliyin tələbi baxımından borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Lakin qeyd olunan təqdimat icra məmuru tərəfindən kifayət qədər əsaslandırılmamış, həmçinin icra məmuru tərəfindən təqdimatla məhkəməyə müraciət edilənə qədər lazımi hərəkətlər edilməmişdir. Belə ki, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”-ın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir. Lakin təqdimata əlavə olunmuş sənədlərdə, həmçinin icra işində könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunması müəyyən edilməmişdir (icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılması təmin edilməmişdir). Həmçinin Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi icra məmuru tərəfindən könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunması təmin edilməmiş, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəbləri müəyyənləşdirilməmişdir. Beləlilkə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-457/2022 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tamerlan İslamov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar