Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(5-113)-32/2026 05.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim İslamov Tamerlan Cəlil oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Borclu iştirakları ilə, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-156/2023 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə" Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-156/2023 saylı icra sənədinə əsasən Borclu 12.661,98 manat əsas, 1.136,42 manat faiz, 173,12 manat cərimə borcu və ödənilmiş 131,92 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" ASCnin xeyirinə tutulmalıdır. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-156/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Xocavənd Rayon Məhkəməsi tərəfindən verilmiş 2(069)-156/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 12.661,98 manat əsas, 1.136,42 manat faiz, 173,12 manat cərimə borcu və ödənilmiş 131,92 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyirinə tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarxdə Beyləqan rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanunla müvafiq qaydada icraya yönəldilmişdir. “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu sərhəddən keçmək və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Xocavənd Rayon Məhkəməsinin 2(069)-156/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 12.661,98 manat əsas, 1.136,42 manat faiz, 173,12 manat cərimə borcu və ödənilmiş 131,92 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyirinə tutulmalıdır. İcra sənədi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra icra sənədinin icrası ilə bağlı borclunun əmək haqqısından tutulmalar aparılması üçün iş yerinə məlumat göndərilmişdir. Lakin borclunun əmək haqqından tutulmaların məbləği tələbkarı qane etməmişdir. Buna görə də hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsini xahiş etdi. Borclu izahat verərək bildirdi ki, o, barəsində olan icra sənədi üzrə borcun ödənilməsindən yayınmır. Borcla bağlı ona bildiriş göndərilmişdir. X3 Orqanlarında polis əməkdaşı olaraq işləyir, icra sənədi üzrə borcunun ödənilməsi məqsədi ilə 2024-cü ilin mart ayından başalayaraq hər ay əmək haqqısının 50 faizi miqdarında pul tutularaq "xxxx" ASC-yə ödənilir. Belə ki, icra sənədi üzrə borcundan 2024-cü il ərzində 3533.44 manat, 2025-ci il ərzində isə 5051,66 manat pul əmək haqqısından tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. Onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə verilmiş təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xocavənd Rayon Polis Şöbəsinin rəisi tərəfindən Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 21 dekabr 2024-cü il tarixli, 3-13-82/2-3895/2024 nömrəli məktubdan görünür ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-156/2023 saylı icra vərəqəsinə əsasən Xocavənd RPŞ-nin əməkdaşı Borclu cari il ərzində 3533,44 manat məbləğində bank borcları tutularaq aidiyyəti üzrə "xxxx" ASC-yə köçürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xocavənd Rayon Polis Şöbəsinin rəisi tərəfindən Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 27 dekabr 2025-ci il tarixli, 3-13-82/2-4276/2025 nömrəli məktubdan görünür ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-156/2023 saylı icra vərəqəsinə əsasən Xocavənd RPŞ-nin əməkdaşı Borclu cari il ərzində 5051,66 manat məbləğində bank borcları tutularaq aidiyyəti üzrə "xxxx" ASC-yə köçürülmüşdür. “İcra Haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Məhkəmə, icra işini, təqdimat və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimatın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xocavənd rayon Polis şöbəsinin əməkdaşı olmaqla ölkə daxilində daimi iş yerinə və sabit gəlir mənbəyinə malikdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı onun əmək haqqından 2024 və 2025-ci illərdə tələbkarın xeyrinə hər ay tutulmalar həyata keçirilmişdir. Nəticədə icra sənədi üzrə borclunun əmək haqqısından 2024-cü il ərzində 3533.44 manat, 2025-ci il ərzində isə 5051,66 manat tutularaq tələbkar "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Hal-hazırda da icra sənədinin icrası ilə bağlı borclunun əmək haqqından tələbkarın xeyrinə hər ay tutulmalar aparılır. Həmçinin məhkəmə iclasında borclu icra sənədi üzrə borcun bir hissəsini könüllü şəkildə ödədiyini və hal-hazırda da icra sənədi üzrə əmək haqqından tutulmalar aparıldığını bildirmişdir. Bu hallar bir daha təsdiq edir ki, borclu icra sənədinin icrasından yayınmır, əksinə icra sənədi üzrə borc məbləği borclunun əmək haqqısından hər ay tələbkarın xeyrinə tutulmalar aparılmaqla ödənilir. Beləlilkə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-156/2023 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə" Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tamerlan İslamov
Məhkəmə qərarları › İş №8(5-113)-32/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(5-113)-32/2026
05.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver