Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(5-113)-53/2026 03.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, X1, Maraqlı şəxs rəisi X6 iştirakları ilə, Maraqlı şəxs rəisi X6 31 oktyabr 2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayətlə məhkəməyə müraciət edərək, Maraqlı şəxs rəisi Azər Quliyevin “İcra sənədinin qaytarılması haqqında” 31 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 374/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə borclu X5 ona zərər vurduğuna görə 300 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənməli idi. Maraqlı şəxs Beyləqan Rayon Məhkəməsinin 2(020)-374/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının icratına xitam verilməsinə dair qərar qəbul etmişdir. Qərarında əsas motivi odur ki, borclu X8 nə təsərrüfatında və evində borcunu naturaya yönəltmək üçün heç nəyi yoxdur. Bildirir ki, borclu X8 xırdabuynuzlu təsərrüfatı və maddi imkanı var. Xahiş edir müraciətini nəzərə alıb borclu X5 300 manat pul vəsaiti və 30 manat dövlət rüsümunu ona ödənilməsinə və Maraqlı şəxs xitam qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra məmuru Maraqlı şəxs rəisi vəzifəsini icra edən X12 şikayətlə razı olmadığını, onun tərəfindən icra sənədinin icra edilməsi üçün bütün tədbirlərin həyata keçirilməsinə baxmayaraq, borclu X8 nə təsərrüfatında və evində borcunu naturaya yönəltmək üçün heç nəyi olmadığı üçün icra sənədinin icrası mümkün olmadığına görə 10 fevral 2025-ci il tarixdə icra sənədini qaytarılması barədə qərar qəbul etdiyini bildirərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın və icra məmurunun izahatlarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri, habelə icra işini araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında və icra işində olan məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-374/2023 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh X5 vurduğuna ziyana görə 250 manat, mütəxəssis rəy üçün ödənilmiş 50 manat alınıb iddiaçı X4 verilməlidir. Maraqlı şəxs rəisi Azər Quliyev tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “icraata başlamaq haqqında” qərardan və bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-374/2023 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Maraqlı şəxs rəisi Azər Quliyev tərəfindən 31 oktyabr 2025-ci il tarixdə qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” barədə qərardan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-374/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədi Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin qərar onunla əsaslandırılmışdır ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, borclu X9 icra sənədində göstərilən ünvanında olduq, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadı. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.2.-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir; 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur; 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlakın axtarışı ilə bağlı icra məmuru tərəfindən icra qanunvericiliyinin tələblərinə tam olaraq riayət edilməmişdir. Belə ki, icra işinə baxış keçirilən zaman icra işində icra məmuru tərəfindən borclunun yaşadığı ünvana baxış keçirilməsi və icra sənədi üzrə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasının yoxlanılmasına dair akt mövcud omamışdır. Bundan əlavə, icra sənədində qeyd edilən məbləğin cəmi 300 manat təşkil etdiyindən, borclunun həmin məbləği ödəyə bilməməsi əsasları icra məmuru tərəfindən tam araşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə əsasən, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Maraqlı şəxs rəisi X6 “İcra sənədinin qaytarılması haqqında” 31 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilməli və Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-374/2023 saylı icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi davam etdirilməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Maraqlı şəxs rəisi X6 “İcra sənədinin qaytarılması haqqında” 31 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilsin və Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-374/2023 saylı icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi davam etdirilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №8(5-113)-53/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(5-113)-53/2026
03.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver