Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(5-113)-6/2026 04.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim İslamov Tamerlan Cəlil oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-242/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)- 242/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Playstation 5 və PS 5 oyun pultu üçün 1091 (bir min doxsan bir) manat ödənilməmiş hissə, 50 manat cərimə borcu, cəmi 1141 (bir min yüz qırx bir) manat borc və 34.19 manat ödənilmiş dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-nin xeyirinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəfindən qərar qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin e-2(020)-242/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Borclu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Playstation 5 və PS 5 oyun pultu üçün 1091 manat ödənilməmiş hissə, 50 manat cərimə borcu, cəmi 1141 (bir min doxsan bir) manat borc və 34.19 manat ödənilmiş dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-yə ödənilməlidir. 12 fevral 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-242/2025 saylı, xx.xx.2025-ci il tarixli, icra sənədi üzrə icraata başlanılmış və icra sənədi icra edilməsi üçün borcluya göndərilmişdir. 24 fevral 2025-ci il tarixli və 10 mart 2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığına görə Beyləqan Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 19 noyabr 2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığına görə təqdimat təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-242/2025 saylı, xx.xx.2025-ci il tarixli, icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yaşayan Ağazadə X3 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin e-2(020)-242/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan borclu Ağazadə X3 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tamerlan İslamov
Məhkəmə qərarları › İş №8(5-113)-6/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(5-113)-6/2026
04.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver