Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(5-113)-64/2026 06.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızı, Tələbkar tərəfindən verilmiş “ödənilməli pul məbləğinin indeksasiya olunmasına dair” ərizəni nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin *(0*0)-1460/*014 saylı *7 oktyabr *014-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 180,7* pul məbləğinin indeksləşdirərək *014-cü il oktyabr ayından *0*6-cı il yanvar ayınadək *11,*0 faiz artımı (180,7* AZN x *11, *0 %=381,68 manat) nəzərə alaraq, cəmi 56*,4 manat məbləğində indeeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin, tələbkar məhkəməyə müraciət edərkən ödənilməli pul məbləğlərinin indeksasiyası edilməsini tələb etdiyi qərarı və eyni zamanda həmin icra sənədinin icra vəziyyəti, yəni icra şöbəsinin icraatında olub-olmaması barədə sübutları əlavə edərək məhkəməyə təqdim etməmişdır. Qeyd etmək lazımdır ki, icra sənədinin indeksasiya edilməsi barədə olan ərizəyə tərəflərin iştirakı ilə baxılması üçün zəruri olan sənədlər və sübutlar həmin ərizəyə əlavə edilərək məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *3*.1 -ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin *3*.*-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 149.*.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 15*.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Beləliklə də, yuxarıda göstərilənlərə əsasən Tələbkar tərəfindən verilmiş ərizə düzgün tərtib edilmədiyindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *31, *63, *64, *67 və *68-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tələbkar tərəfindən verilmiş “ödənilməli pul məbləğinin indeksasiya olunmasına dair” ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tələbkara izah edilir ki, o, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №8(5-113)-64/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(5-113)-64/2026
06.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver