Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(5-113)-7/2026 04.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim İslamov Tamerlan Cəlil oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi ilə, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(097)-1301/2023 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məcburi gətirilməsi barədə Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Füzuli Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(097)-1301/2023 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi məhkəməyə 53491/2024 saylı, xx.xx.2026-cı il tarixli məktub göndərərək Füzuli Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(097)-1301/2023 saylı icra sənədi üzrə Borclu borcunu tam şəkildə ödədiyini bildirərək borclunun məcburi gətirilməsi barədə verilmiş təqdimatın və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra şöbəsinin rəisinin məktubunu nəzərdən keçirərək qeyd edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264 və 268-ci maddələrinə əsasən qərara aldı: Füzuli Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(097)-1301/2023 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məcburi gətirilməsi barədə Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tamerlan İslamov
Məhkəmə qərarları › İş №8(5-113)-7/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(5-113)-7/2026
04.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver