Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(5-114)-163/2026 25.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, X2 iştirakı ilə, X2 Maraqlı şəxs qarşı “alimentin indeksasiya olunması” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3148/2024 saylı qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Maraqlı şəxs tutulan alimentin miqdarının dəyişdirilərək ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini belə əsaslandırmışdır ki, Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3148/2024 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 190 manat məbləğində aliment tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda Uğurun saxlanılması üçün Maraqlı şəxs tutulan 190 manat məbləğində aliment uşağın normal yaşaması üçün kifayət etmir Maraqlı şəxs isə könüllü olaraq əlavə yardım göstərmir. Övladının gündəlik tələbatlarını ödəməkdə maddi cəhətdən çətinlik çəkir. xx.xx.2025-cil tarixdən ölkə üzrə minimum aylıq əmək haqqı 400 manat müəyyən edilməsinin nəzə alaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üçün tutulan alimentin məbləğinin dəyişdirilərək ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq Bərdə rayon icra və probasiya şöbəsinin nümayəndəsi və borclu X11 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Bərdə rayon icra və probasiya şöbəsinin nümayəndəsi və borclu X7 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AB0624477 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2005-ci ildə doğulmuşdur. AA5473544 seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Maraqlı şəxs xx.xx.1998-ci ildə Bərdə rayonu, Kətəlparaq kəndində doğulmuşdur, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır və yaşayır. xx.xx.2022-ci il tarixli, AZ-İV № 804773 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci ildə doğulmuşdur. Atası Maraqlı şəxs, anası X8r. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3148/2024 saylı qətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 190 manat məbləğində aliment tutularaq Hümbətova (Səmədova) Gülşən Gəray qızının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 5 nömrəli qərarının “8.4-1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi) 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,50 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininn (bundan sonra MPM) 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Ailə Məcəlləsinin 110.1.-ci maddəsinə əsasən Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 110.2.-ci maddəsinə əsasən Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. MPM-in 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. MPM-in 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən minum aylıq əmək haqqının məbləği 2024-cü il üçün 345 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Hazırki işin hallarından görünür ki, Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3148/2024 saylı qətnaməsi ilə hər ay yetkinlik yaşına çatmayan bir uşağın saxlanılması üçün 130 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. 2024-cü ildə ölkə üzrə minimum aylıq əmək haqqının məbləğinin 345 manat müəyyən edildiyini nəzərə alsaq, xx.xx.2022-ci il təvəllüdlü, X1 üçün 190 manat məbləğində tutulan aliment 2024-cü il üzrə minimum əmək haqqının 0,55 misli həddində müəyyən edilmişdir. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tələbkar X5 ərizəsi təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği indeksasiya edilərək hər ay borclu Maraqlı şəxs bir uşaq üçün tələbkar X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Artırılmış aliment məbləğinin tutulmasına isə tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən etibarən başlanmalıdır. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Ərizə təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 3148/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı indeksasiya edilməklə maraqlı şəxs (borclu) Maraqlı şəxs ərizəçi (tələbkar) X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Artırılmış aliment məbləğinin tutulmasına isə tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2026-cı ildən etibarən başlansın. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №8(5-114)-163/2026
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(5-114)-163/2026
25.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver