Məhkəmə qərarları › İş №8(5-117)-103/2026

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-117)-103/2026

06.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(5-117)-103/2026 06.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Cəbrayilov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2739/2022-011 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbkarın tələbdən imtinası barədə Cəlilabad rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 məhkəməyə təqdimatla müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2739/2025-011 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Tələbkar cehiz əmlakından tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Cəlilabad rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2026-ci il tarixli qərarla icraata başladığım Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2739/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cehiz əmlakı alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar xx.xx.2026-cı il tarixdə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 2739/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə cehiz əmlak tələbindən imtina etdiyini bildirmişdir. Tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2739/2025-011 saylı, xx.xx.2025ci il tarixli icra vərəqəsindən görünür ki, cehiz əmlakı cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İşdə olan Tələbkar 24 fevral 2026-cı il tarixli ərizəsindən görünür ki, Borclu qeydiyyatda olmaqla yaşadığı evində ona məxsus olan cehiz əmlakından imtina edərək övladlarına verdiyini bildirərək cehiz əmlakından imtina edir. Borclu heç bir tələbi yoxdur. Məhkəmə təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2739/2025-011 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Tələbkar cehiz əmlakı tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, tələbkar Nəsirli X2 Rayon Məhkəməsinin 2(073)-2739/2025-011 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2739/2025-011 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Tələbkar cehiz əmlak tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar