Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(5-117)-113/2026 13.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 borclunun əmlakı üzərindən həbsin götürülməsi haqqında təqdimatına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəməyə təqdimatla müraciət edərək, Borclu adına olan Cəlilabad şəhəri, H.Əliyev prospekti 184C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1135/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X5 2700 (iki min yeddi yüz) manat, X3 2900 (iki min doqquz yüz) manat və X2 5300 (beş min üç yüz) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 (bir yüz iyirmi üç) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı X1 verilməlidir. Aparılmış icra tədbirləri nəticəsində Borclu məxsus “X12 906 KA 35” yük markalı **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 8(073)-117/2025 saylı, 07 aprel 2025ci il tarixli qərardadına əsasən Borclu məxsus “X12 906 KA 35” yük markalı **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkarın xx.xx.2026-cı il tarixli ərizəsinə əsasən icra işi üzrə Borclu ona ödəməli olduğu 2941 manat pulu tam qaydada ödəmişdir. Hazırda borcluya məxsus qeyri-yaşayış sahəsinin üzərində həbsin qalmasına zərurət yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1135/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər X5 2700 (iki min yeddi yüz) manat, X3 2900 (iki min doqquz yüz) manat və X2 5300 (beş min üç yüz) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 (bir yüz iyirmi üç) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı X1 verilməlidir; - Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1135/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi icraata qəbul edilmiş və borclular X5, X3 və X2 icranı könüllü təmin etməsi tələb olunmuşdur; - borclular X8, X9, X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1135/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması və bu müddətdə tələbi üzrsüz səbəblərdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir; - Tələbkarın xx.xx.2026-cı il tarixli ərizəsinə əsasən icra işi üzrə Borclu ona ödəməli olduğu 2941 manat pulu tam qaydada ödəmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə aktı tam icra edildiyindən Borclu mülkiyyətində olan “X12 906 KA 35” yük markalı **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 8(073)-117/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “X12 906 KA 35” yük markalı **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 8(073)-117/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “X12 906 KA 35” yük markalı **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №8(5-117)-113/2026
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-117)-113/2026
13.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver