Məhkəmə qərarları › İş №8(5-117)-37/2026

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-117)-37/2026

30.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(5-117)-37/2026 30.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-251/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə X2 “tələbkarın tələbdən imtinası” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-251/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdeh X1 rayonu, Üçtəpə kənd ərazisində X6 mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsinin 19.3 kv.metrindən çıxarılması və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa etdirilmiş qeyri-yaşayış sahəsi (obyekt) sökülməsi, cavabdeh X3 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçı X8 və 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN**********, hesab AZ34CTRE********************) qət edilmişdir. Hazırda tələbkar X5 ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-251/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsində sözügedən tələbdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tələbkarın ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-251/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbkar X9 tələbdən imtinası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qanunun tələbinə görə məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, tələbkarın tələbdən imtinası qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 Cəlilabad Rayon Məhkəməsinin 2(073)-251/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbindən imtinası qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. X2 Cəlilabad Rayon Məhkəməsinin 2(073)-251/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbindən imtinası qəbul edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar