Məhkəmə qərarları › İş №8(5-117)-78/2026

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-117)-78/2026

03.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(5-117)-78/2026 03.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-*700/2022 saylı icra sənədinin icraata xitam verilməsi barədə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 30 oktyabr 2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv olunmasına dair şikayətçi Tələbkarn nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 30 oktyabr 2025-ci il il tarixli qərarı ilə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-*700/2022 saylı icra vərəqəsi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.*.3-cü maddəsinə əsasən xitam verilmişdir. Şikayətçi Tələbkarn nümayəndəsi X2 ərizəsində göstərmişdir ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-*700/2022 saylı qətnamsəinə əsasən cavabdeh X* cəmi 873.70 manat məbləğində borcun Tələbkarn xeyrinə verilməsi qət edilmişdir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-*700/2022 saylı icra sənədinin icrası adiyyatı üzrə müvafiq olaraq Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvvalə edilmişdir. Aparılmışaraşdırma nəticəsində icra məmuru Elşən Əsədov 30.*0.2025-ci il tarxdə icra işi üzrə icra sənədini İcra haqqında Azərbaycan Respublikası Qanunun 23.*.2 və 23.*.3-cü maddələrinə əsaslanaraq qaytarılması haqqında qərar qəbul edərək Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-*700/2022 saylı icra sənədi Cəlilabad rayon Məhkəməsinə geri qaytarılması müəyyən edilmişdir. Qeyd olunan qərar indiyənədək onlara rəsmi qaydada təqdim olunmamışdır. Yalnız *0.02.2026-cı tarixdə bank nümayəndəsinin mobil nömrəsinə votsap vasitəsi ilə göndərilmişdir. Adı çəkilən icra sənədi icra edilmədiyindən xx.xx.2022-ci il tarixli, 2(073)-*700/2022 saylı icra sənədini icrasının tamamlanması üçün yenidən icraya yönəldilməsinə zərurəti yaranmışdır. Məlumat üçün bildirilir ki, Cəlilabad rayon Məhkəməsinin 2 (073)-*700/2022 saylı, xx.xx.2022-ci il tarixli icra səndəi üzrə X3 Bank qarşısında cari cari tarixə 409 manat borc qalmışdır. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-*700/2022 saylı icra vərəqəsi üzrə icra sənədinə xitam verilməsi haqqında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 30.*0.2025-ci il tarixli qərarının ləğv olunması və icra tədbirlərinin davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçinin nümayəndəsi və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə şikayətçinin nümayəndəsinin və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- *700/2022 saylı qətnamsəinə əsasən cavabdeh X* cəmi 873.70 manat məbləğində borcun Tələbkarn xeyrinə verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və probasiya şöbəsinin 30.*0.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 23.*.3-cü maddəsinə əsasən Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-*700/2022 saylı icra vərəqəsi üzrə icra sənədinə xitam verilmişdir. Qeyd olunanlardan göründüyü kimi icra məmurunun icra sənədi üzrə icra sənədinə xitam verilməsi haqqında qərarı əsasızdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra xidmətinin icra məmuru icraata daxil olmuş sənədlərinin vaxıtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. “İcra haqqında” Azərbaycan Respublikasının 20.*.5-ci maddəsində qeyd edilmişdir ki, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbacan Respublikası Qanunun *0-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının 20.*.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; “İcra haqqında” Azərbaycan Respublikasının 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilərərk Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-*700/2022 saylı icra vərəqəsi üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 30.*0.2025-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, və 269-cu maddələrinə, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5 və 20.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə.... Qərara aldı: Şikayət təmin edilsin. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-*700/2022 saylı icra vərəqəsi üzrə icra sənədinə xitam verilməsi barədə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 30.*0.2025-ci il tarixli qərarı ləğv edilsin və icra tədbirləri davam etdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən *0 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar