Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(5-117)-96/2026 02.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 borclu X3 məxsus əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3396/2024 saylı icra qeydinə əsasən borclu X1 cəmi 1093 manat pul və 30.93 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3396/2024 saylı icra vərəqini icra edən Cəlilabad rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, X2 adına «KİA PRİDE» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3396/2024 saylı icra qeydinə əsasən borclu X1 cəmi 1093 manat pul və 30.93 manat dövlət rüsumu tutularaq tələbkar «L FİN” MMC-yə ödənilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbinə əsasən borclu X4 tələbin könüllü icrası barədə bildiriş və qərar rəsmi olaraq göndərilmiş, lakin borclu X3 məhkəmənin bu barədə olan icra vərəqəsində göstərilən borcunu könüllü ödmədiyindən borclunun əmlak vəziyyəti “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq rəsmi sorğularla yoxlanılmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclu X2 adına «KİA PRİDE» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğu müəyyən edilmişdir. İcra sənədinin icrası məqsədilə borclu X2 adına «KİA PRİDE» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq, satılıb borcun ödənilməsi məqsədə müvafiqdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3396/2024 saylı icra vərəqini icra olunması üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin şöbənin icraata başlama haqqında qərarına əsasən icra sənədi icraata qəbul edilmiş və borclu X3 icranın 10 gün müddətində könüllü icra olunması üçün həmin tarixdə bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu həmin müddət ərzində icra sənədində göstərilən tələbi könüllü təmin etməmişdir. İşdə olan Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görür ki, X2 adına «KİA PRİDE» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyma və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edirki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–nin 157–159, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Təqdimat təmin edilsin. Borclu X2 adına «KİA PRİDE» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun və həmin nəqliyyat vasitəsinin satılması yolu ilə tələb əmlaka yönəldilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №8(5-117)-96/2026
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-117)-96/2026
02.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver