Məhkəmə qərarları › İş №8(5-118)-1/2026

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №8(5-118)-1/2026

26.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 8(5-118)-1/2026 26.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, ərizəçi (borclu) Borclu iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin e-2(030)-88/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəçi Borclu ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Məhkəməsinin e-2(030)-88/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, Borclu 2533,40 manat əsas, 222,28 manat məbləğində faiz, 5,94 manat məbləğində cərimə borcu olmaqla cəmi 2761,62 manat məbləğ və ödənilmiş 47,62 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" KB ASC-nin verilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Daşkəsən rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Daşkəsən rayon icra şöbəsi tərəfindən müvafiq icra hərəkətləri aparılmışdır. Borclu Əsgərov X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qətnamə üzrə olan borcunun hissə-hissə olmaqla hər ay 100 manat məbləğində ödəniş edilməklə icra olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, 400 manat məbləğində maaş alır, borc isə maaşının 50% məbləğinə yönəlmişdir. Maddi vəziyyətində çətinliklər yaranır. Məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş "xxxx" KB ASC-nin Daşkəsən Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2026-cı il tarixli etiraz ərizəsindən görünür ki, məhkəmə qətnaməsi ilə borcun birdəfəlik ödənilməsi qət edilsə də borc hal-hazırki tarixədək ödənilməmişdir. Daşkəsən Rayon Məhkəməsinin e-2(030)-88/2025 nömrəli, xx.xx.2025-ci tarixli qətnaməsinin hissəhissə icra edilməsi barəsində Borclu tərəfindən verilmiş ərizənin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası «İcra haqqında» Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası МPМ-in 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə, işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, 2761,62 manat məbləğin hissə-hissə hər ay 100 manat ödəməklə qətnamənin hissə-hissə icra edilməsi uzun bir müddət tələb edir. Qətnamənin bu müddət ərzində icra edilməsi onun hədsiz dərəcədə yubadılmasına səbəb olur. Bu səbəbdən də, Daşkəsən Rayon Məhkəməsinin e-2(030)-88/2025 nömrəli, xx.xx.2025-ci saylı qətnaməsinin hissə-hissə icra olunması məqsədəmüvafiq deyildir. Odur ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci, Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar