Məhkəmə qərarları › İş №8(5-119)-15/2026

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(5-119)-15/2026

04.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(5-119)-15/2026 04.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Maraqlı şəxs icra məmuru Vəfa Ələkbərovun Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10944/2017 saylı, xx.xx.2018-ci il tarixli icra xitam verilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Maraqlı şəxs rəisi vəzifəsini icra edən icra məmuru Vəfa Ələkbərov– Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10944/2017 saylı, xx.xx.2018-ci il tarixli icra xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs rəisi Həkimi Atakişiyev məhkəməyə ərizə ilə müraciət edərək təqdimatı və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə icra məmurunun ərizəsini nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində icra sənədi üzrə icraata xitam verilməsinə dair işlərdə ərizənin geri qaytarılması ilə bağlı konkret hüquq norması nəzərdə tutulmadığından bununla əlaqədar olaraq məhkəmə həmin Məcəllənin 13.4-cü maddəsini rəhbər tutub, analoji münasibətləri tənzimləyən hüquq normasına istinad etməyi zəruri hesab edir. Yəni həmin maddənin tələbinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazırkı mülki iş ilə əlaqədar isə məhkəmə hesab edir ki, həmin Məcəllənin 170.1-ci maddəsi, yəni iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Həmin maddədə, daha dəqiq ifadə etsək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması əsaslarından biri iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin verilməsidir. Beləliklə məhkəmə hesab edir ki, Maraqlı şəxs rəisi Həkimi Atakişiyevin ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən təqdimat geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10944/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilməsi barədə Maraqlı şəxs icra məmuru Vəfa Ələkbərovun təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar