Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(5-119)-16/2026 05.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Füzuli rayon İcra və Probasiya Şöbəsinin Borclu barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4033/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatının məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Füzuli rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4033/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X1 məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə ünvanlayaraq Borclu barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4033/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Füzuli rayon İcra və Probasiya Şöbəsinin Borclu barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4033/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatı və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində "Elektron Məhkəmə İnformasiya Sistemi"ndə yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(5-119)-16/2026
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(5-119)-16/2026
05.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver