Məhkəmə qərarları › İş №8(5-119)-18/2026

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(5-119)-18/2026

18.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(5-119)-18/2026 18.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-151/2015 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Maraqlı şəxs böyük icra məmuru Şahbaz Səfərovun təqdimatına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tələb:

1. Maraqlı şəxs böyük icra məmuru Şahbaz Səfərov təqdimatla məhkəməyə müraciət edərək borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatın əsaslandırıldığı hallar:

2. xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-151/2015 nömrəli, xx.xx.2015-cü il tarixli icra sənədinə əsasən X1 və X2 müştərək qaydada 19351.01 ABŞ dolları və 30 manat dövlət rüsumu alınaraq tələbkar Bank Respublika ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Maraqlı şəxsnə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu1 və Borclu2 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İşdə iştirak edən şəxslər: 3.Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs icra məmuru, borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Odur ki, məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir

5. Məhkəmə iclasında iştirak etmiş Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasını xahiş etdi. İş materialları:

6. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-151/2015 tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada cəmi 19351,01 ABŞ dolları məbləğində pul alınaraq Tələbkar ASC-nin xeyrinə verilməsi qət edilmişdir.

7. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-151/2015 saylı icra sənədinin icrasına başlanılmışdır.

8. EMF elektron portal çıxarışından görünür ki, borclular Borclu1 və Borclu2 heç yerdə işləmir və adında nəqliyyat vasitəsi yoxdur.

9. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, borclullar Borclu1 və Borclu2 icra sənədin tələbinin təmin edilməsi məqsədilə onların ölkədən getmə hüququnun məhdudlaşdırılacağı barədə xəbərdar olunmuşdur.

10. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclullar Borclu1 və Borclu2 icra sənədin tələbinin təmin edilməsi məqsədilə onların ölkədən getmə hüququnun məhdudlaşdırılacağı barədə xəbərdar olunmuşdur. İşin faktiki halları:

11. Məhkəmə iclasında müəyyən edildi ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-151/2015 saylı icra sənədinə əsasən Maraqlı şəxs tərəfindən xx.xx.2024cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişinə əsasən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-151/2015 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi borcludan xahiş olunmuşdur. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Konstitusiyasının: 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

13. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın: 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmənin mövqeyi:

15. Məhkəmə təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır.

16. Məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə tətbiq edilə bilər. Nəticə:

17. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, borclu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbini pozaraq məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən Maraqlı şəxs böyük icra məmuru Şahbaz Səfərovun təqdimatı təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-151/2015 saylı icra sənədi üzrə xx.xx.1963-cü il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olan Borclu1 və xx.xx.1961-ci il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olan Borclullar Borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası dərhal Maraqlı şəxsnə həvalə edilməlidir.

18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

Maraqlı şəxs böyük icra məmuru Şahbaz Səfərovun təqdimatı təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-151/2015 saylı icra sənədi üzrə xx.xx.1963-cü il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olan Borclu1 və xx.xx.1961-ci il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır.

Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar