Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(5-119)-7/2026 28.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, X1 (maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxs2) ödənilməli olan pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 (maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxs2) ödənilməli olan pul məbləğinin indeksasiya olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası xx.xx.2026-cı il tarixə, saat 17:10-a təyin edilmişdir. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbi barədə məlumat verməmişlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində ödənilməli olan pul məbləğinin indeksasiya olunmasına dair işlərdə ərizənin geri qaytarılması ilə bağlı konkret hüquq norması nəzərdə tutulmadığından bununla əlaqədar olaraq məhkəmə həmin Məcəllənin 13.4-cü maddəsini rəhbər tutub, analoji münasibətləri tənzimləyən hüquq normasına istinad etməyi zəruri hesab edir. Yəni həmin maddənin tələbinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazırkı mülki iş ilə əlaqədar isə məhkəmə hesab edir ki, həmin Məcəllənin 170.1-ci maddəsi, yəni iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Həmin maddədə, daha dəqiq ifadə etsək Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 170.1-ci maddəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması əsaslarından biri iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin verilməsidir. Beləliklə məhkəmə hesab edir ki, X1 ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən təqdimat geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 (maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxs2) ödənilməli olan pul məbləğinin ideksasiya olunması barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №8(5-119)-7/2026
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(5-119)-7/2026
28.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver