Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(5-119)-9/2026 29.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Borclu Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1698/2025 saylı və xx.xx.2025-ci il tarixli, 2(064)-1697/2025 saylı icra sənədi üzrə borcun hisə-hissə ödənilməsinə dair ərizəsinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1698/2025 saylı və xx.xx.2025-ci il tarixli, 2(064)-1697/2025 saylı qətnamələri üzrə borcunun hər ay hər qətnamə üzrə 50 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ona qarşı Füzuli Rayon Məhkəməsində borcun qaytarılması tələbi üzrə iddia qaldırmış, Füzuli Rayon Məhkəməsinin 2(064)-1698/2025 saylı, 27 avqust 2025-ci il tarixli qətnaməsi ilə cəmi 563,81 manat borc və ödənilmiş 27,25 manat dövlət rüsumunun əvəzinin və Füzuli Rayon Məhkəməsinin 2(064)-1697/2025 saylı, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə 27625,68 manat borc və ödənilmiş 165 manat dövlət rüsumunun əvəzinin ərizəçidən tutulması qət edilmişdir. Hər iki mülki iş üzrə hazırda Füzuli rayon İcra və Probasiya şöbəsində icra vərəqəsi vardır, o, hər ay iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 50 manat ödəniş edir. İndi o heç bir yerdə işləmir, aylıq gəliri və şəxsi əmlakı yoxdur, ailəlidir, himayəsində azyaşlı övladı var, həmçinin məcburi köçkündür. Hazırkı maddi vəziyyəti qeyd edilən borc məbləğini birdəfəlik və yaxud böyük hissələrlə ödəməyinə imkan vermir. Ona görə də həmin borc məbləğlərinin hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. -151.1-ci maddəsinə görə iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. -149.2-ci maddəsinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb . -152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədə Füzuli Rayon Məhkəməsinin həm xx.xx.2025-ci il tarixli, 2(064)-1698/2025 saylı, həm də xx.xx.2025-ci il tarixli, 2(064)-1697/2025 saylı icra vərəqələrinin hissəhissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Lakin ərizəçi tərəfindən hər icra vərəqəsi üzrə məhkəməyə ayrı-ayrılıqda müraciət olunmalı və hər biri üçün ayrıca ərizə tərtib edilməlidir. Beləliklə, ərizəçi ərizəsinin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə görə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1698/2025 saylı və xx.xx.2025-ci il tarixli, 2(064)-1697/2025 saylı icra sənədləri üzrə borcunun hisə-hissə ödənilməsinə dair ərizə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ərizə ilə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(5-119)-9/2026
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(5-119)-9/2026
29.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver