Məhkəmə qərarları › İş №8(5-120)-17/2026

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(5-120)-17/2026

26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(5-120)-17/2026 26.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, X2nın iştirakı ilə X4 alimentin indeksasiya edilməsi haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xx.xx.2013-cü il təvəllüdlü Qarayev Murad Yasin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu tutulan alimentin ölkə ərazisində nəzərdə tutulmuş minimum əmək haqqı məbləğinin 0.71 misli məbləğində indeksasiya olması barədə qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X3 məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, o, cavabdeh Borclu ilə 2008-ci il tarixdə faktiki olaraq ailə qurmuşdur. 2012-ci ilin əvvəllərinə kimi birlikdə yaşamışlar. Ailə münasibətlərindən 10 dekabr 2009-cu il tarixdə X9 doğulmuşdur. Onlar ayrılmış Murad himayəsinə verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Borclu 75 manat miqdarında alimentin alınaraq, ona verilməsi qət edilmişdir. Borclu fərdi əməklə məşğul olur. Maddi vəziyyəti yaxşıdır. Aimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.71 misli həddində indeksasiya olunmalıdır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmaadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli 2(041)-216/2025 saylı qətnaməsindən görünür ki, 10 dekabr 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu 75 manat tutularaq X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2015-ci ildə minimumum aylıq əmək haqqının məbləği 105 manat, 1 yanvar 2025-ci il tarixdən isə 400 manat miqdarında müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(041)-216/2015 saylı qətnaməsi ilə 10 dekabr 2009cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu 75 manat alimentin tutularaq X5 verilməsi qət edilmişdir.Hazırda minimum əməkhaqqının məbləği 400 manatdır. Ona görə də ərizə təmin edilməli, xx.xx.2009-cu il doğum tarixli X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.71 misli qədər aliment Borclu alınaraq, X5 verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıraq və Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. xx.xx.2009-cu il tarixdə doğulmuş X1 üçün Borclu sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.71 misli həddində aliment alınaraq, X5 verilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar