Məhkəmə qərarları › İş №8(5-120)-18/2026

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(5-120)-18/2026

26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(5-120)-18/2026 26.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə X6 alimentin indeksasiya edilməsi haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 övladı xx.xx.2020-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-129/2021 saylı qətnaməsi ilə Maraqlı şəxs onun xeyrinə tutulan 130 manat alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.52 misli həddində indeksasiya edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(042)-129/2021 saylı qətnaməsi ilə övladı xx.xx.2020-ci il tarixdə doğulmuş X2 tərbiyyə edilməsi üçün Maraqlı şəxs hər ay 130 manat alınaraq, Qəmbərova Türkay qızına verilməsi qət edilmişdir. Hal-hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması zərurəti yaranmışdır. Belə ki, məhkəmə tərəfindən alimentin təyin edildiyi vaxt, yəni xx.xx.2021-ci ildə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 250 manat idi.2025-ci il üçün isə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. 2026-cı ildə də minimum aylıq əmək haqqının məbləği 400 manat olaraq qalmışdır. Hazırki qətnamə ilə bir uşaq üçün təyin edilmiş 130 manat alimentin miqdarı 2021-ci il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum aylıq əmək haqqının 0.52 mislini təşkil edir. Bu qayda nəzərə alınaraq alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.52 misli həddində indeksasiya olunmalıdır. Ərizəsinin təmin edilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmaadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun X9 hazırda ueni ailə həyatı qurmuşdur.Onun hər ay 130 manat aliment ödəmək imkanı var. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-129/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 üçün Maraqlı şəxs hər ay 130 manat miqdarında aliment alınaraq, X7 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2021-cü ildə minimumum aylıq əmək haqqının məbləği 250 manat, 1 yanvar 2025-ci il tarixdən isə 400 manat miqdarında müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-129/2021 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X3 üçün Maraqlı şəxs hər ay 130 manat miqdarında alimentin alınaraq, X7 verilməsi qət edilmişdir.Hazırda minimum əməkhaqqının məbləği 400 manatdır. Ona görə də ərizə təmin edilməli, xx.xx.2020-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.52 misli qədər aliment Maraqlı şəxs alınaraq, X7 verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıraq və Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün Maraqlı şəxs sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində aliment alınaraq, X7 verilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar