Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(5-123)-9/2026 04.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3 xx.xx.2026-cı il tarixli təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 xx.xx.2026-cı il tarixdə təqdimatla məhkəməyə müraciət edərək Borclu Göyçay Rayon Məhkəməsinin 2(046)-92/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində alimentin Tələbkar ödəməkdən yayınaraq məhkəmə qərarı üzrə üzərinə düşən öhdəliyi üzrsüz səbəbdən icra etmədiyini bildirmişdir. Bu səbəbdən də Borclu icra sənədi üzrə tələbi təmin etməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvercilikdə nəzərdə tutulmuş qaydada icra məmuruna, borcluya və tələbkara məlumat verilmiş, lakin icra məmuru, borclu və tələbkar məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə icra məmurunun, borclunun və tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. xx.xx.2021-cı il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X4 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və qərarın surəti bildirişlə birlikdə Borclu göndərilmişdir. xx.xx.2026-cı il tarixdə Borclu ünvanına xəbərdarlıq məktubu göndərilmiş və ona icra sənədi üzrə tələbi könüllü təmin etmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı barədə məlumat verilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, Borclu aliment borcunu Tələbkar ödəməmiş və hal-hazırda aliment borcu 4500 manat təşkil edir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsasıdır. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R V E R D İ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3 xx.xx.2026-cı il tarixli təqdimatı təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-92/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Bu barədə Borclu, Tələbkar və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Camalzadə
Məhkəmə qərarları › İş №8(5-123)-9/2026
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(5-123)-9/2026
04.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver