Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(5-125)-19/2026 04.03.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Borclu iştirakları ilə, Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 “borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə xx.xx.2026-cı il tarixli təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 təqdimatla məhkəməyə müraciət edərək Hacıqabul Rayon Məhkəməsinin 2(071)-887/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, daha sonra Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 şifahi şəkildə işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, şəxs borcunu ödəmişdir. Odur ki, təqdimatın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, borc onun tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, təqdimatın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, icra şöbəsinin şifahi xahişini, borclunun izahatını dinləyərək hesab edir ki, təqdimat baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 Hacıqabul Rayon Məhkəməsinin 2(071)-887/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(5-125)-19/2026
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(5-125)-19/2026
04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver