Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(5-125)-20/2026 05.03.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, icra sənədi üzrə Borclu iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Hacıqabul Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatına Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin e-2(025)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə ödənilməlidir. Hazırda icra məmuru Qəbələ Rayon Məhkəməsinin e-2(025)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu xx.xx.1989-cu il təvəllüdlü, Hacıqabul rayonu Meyniman kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)- 88/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Hacıqabul rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi bildirilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb dərhal könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və nəticədə 2085 manat aliment borcu yaranmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun hər an ölkəni tərk etmək ehtimalını nəzərə alaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, maddi vəziyyəti qənaətbəxş olmadığından icra sənədinin icrasını təmin edə bilməmişdir. Hazırda işsizdir. Təqdimatın təmin edilməsinə etirazı yoxdur. Onun xarici ölkəyə getmək niyyəti yoxdur. İcra sənədi üzrə tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcra məmurunun və tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, iş materiallarını araşdırıb, borcun üzrsüz səbəbdən ödənilmədiyini və hazıradək görülən icra tədbirinin mütənasibliyini, buna baxmayaraq görülən tədbirlərin nəticə verməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan tələbin könüllü icrasına dair bildirişin və icraata başlamaq haqqında qərarın surətindən müəyyən edilir ki, icra sənədi ilkin olaraq xx.xx.2024-cü il tarixdə icraya yönəldilərək icra edilməsi üçün Hacıqabul Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə həmin şöbədə icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə Borclu bildirişi və icraata başlamaq haqqında qərarın surətini şəxsən imzalamaqla təhvil almışdır. Buna baxmayaraq hazıradək borclu 2085 manat aliment borcundan hər hansı məbləğdə vəsait ödəniş etməmişdir. İcra məmuru tərəfindən görülən tədbirlərə baxmayaraq borcu üzrə ödəniş həyata keçirmir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu - xx.xx.1989-cu il təvəllüdlü, Hacıqabul rayonu Meyniman kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Odur ki, məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə mindiyindən və qərardaddan şikayət verilməsi onun icrasını dayandırmadığından qərardad dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu - xx.xx.1989-cu il təvəllüdlü, Hacıqabul rayonu Meyniman kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(5-125)-20/2026
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(5-125)-20/2026
05.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver