Məhkəmə qərarları › İş №8(5-125)-5/2026

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(5-125)-5/2026

27.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(5-125)-5/2026 27.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-125/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Məmmədovun təqdimatına Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il təvəllüdlü, Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla yaşayan Borclu Hacıqabul rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin e-2(071)- 125/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu dəymiş maddi zərərin əvəzi olaraq 7.796 manat, çəkilən xərclərə görə 380 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 8676 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 106,76 manat məbləğində pul Tələbkar oğlunun xeyrinə tutulmalıdır. Eyni zamanda, mütəxəssis rəyinin alınması ilə bağlı "xxxx" MMC-yə ödənilmiş 200 manat məbləğində pul vəsaitinin əvəzi Borclu Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Hacıqabul rayon ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Odur ki, Borclu Hacıqabul rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu, tələbkar və təqdimat verən icra məmuruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və icra işi materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Borclu icra məmurunun çağırışına baxmayaraq, Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tədbiq olunmalıdır. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-125/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu dəymiş maddi zərərin əvəzi olaraq 7.796 manat, çəkilən xərclərə görə 380 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 8676 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 106,76 manat məbləğində pul Tələbkar oğlunun xeyrinə tutulmalıdır. Eyni zamanda, mütəxəssis rəyinin alınması ilə bağlı "xxxx" MMC-yə ödənilmiş 200 manat məbləğində pul vəsaitinin əvəzi Borclu Tələbkar xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-125/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Lakin icra sənədi hazıradək icra edilməmişdir. Qeyd edilməlidir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırişı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1976-cı il təvəllüdlü Borclu Hacıqabul rayon İcra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi tarixdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar