Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(5-125)-7/2026 23.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin 2(032)-823/2025-010 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 823/2025-010 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-625/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydası dəyişdirilmiş, Borclu xx.xx.2009-cu ildə anadan olmuş X1 və xx.xx.2014cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonraku artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutularaq Borclu ödənilmiş, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmışdır. İcra sənədi xx.xx.2025-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş dərhal müddətində icra sənədi üzrə; tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə qəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 izahatında bildirmişdir ki, borclu ona edilən xəbərdarlıqlara baxmayaraq Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gəlməkdən qərəzli şəkildə yayınır. Odur ki, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclu Əbilfəzov X4 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-823/2025-010 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-625/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydası dəyişdirilmiş, Borclu xx.xx.2009-cu ildə anadan olmuş X1 və xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonraku artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutularaq Borclu ödənilmiş, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)- 823/2025-010 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, icra şöbəsinə gəlməsi barədə xəbərdarlıqlara baxmayaraq, Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gəlməkdən yayındığından, o, Hacıqabul rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1979-cu ildə Şirvan şəhərində anadan olmuş, Hacıqabul rayonu, Navahı qəsəbəsində qeydiyyatda olan və yaşayan Əbilfəzov X4 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(5-125)-7/2026
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(5-125)-7/2026
23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver